DOI: https://doi.org/10.36719/2663-4619/125/40-44
Rauf Həsənov
Azərbaycan Milli Konservatoriyasının nəzdində
Sumqayıt Musiqi Kolleci
https://orcid.org/0000-0003-4640-4396
rhesenzade95@gmail.com
Danışa bilməyən uşaqların emosional davranışlarının
pedaqoji idarəsi
Xülasə
Bu məqalədə danışma çətinliyi olan psixoloji həssas uşaqların pedaqoji dəstəklənməsi məsələsi araşdırılır. Mövzunun aktuallığı ondan ibarətdir ki, nitq pozuntuları uşaqların emosional sabitliyinə, sosial münasibətlərinə və təhsil mühitində davranışlarına birbaşa təsir göstərir. Məqalədə psixoloji həssaslıq anlayışı nəzəri baxımdan izah olunur, danışma çətinliklərinin psixoloji və pedaqoji təsirləri təhlil edilir, empirik müşahidələr və praktik nümunələr əsasında uşaqların davranış xüsusiyyətləri göstərilir. Müəllimlər, valideynlər və təhsil müəssisələri üçün pedaqoji tövsiyələr təqdim olunur. Nəticələr göstərir ki, fərdi yanaşma, psixoloji dəstək və inklüziv təhsil prinsiplərinin tətbiqi uşaqların emosional sabitliyini qorumaq və sosial adaptasiyasını gücləndirmək üçün əsas şərtlərdir.
Açar sözlər: psixoloji həssaslıq, danışma çətinliyi, pedaqoji dəstək, emosional sabitlik, inklüziv təhsil