Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/48/90-96

Qızyetər Şabanova

Azərbaycan Dövlət Aqrar Universiteti

magistrant

https://orcid.org/0009-0006-5725-1101

qizyetersabanova@gmail.com

 

Daşkəsən ərazisində filizçıxarma işlərinin torpaq, su və

biomüxtəlifliyinə təsiri

 

Xülasə

 

Daşkəsən rayonu zəngin filiz yataqları ilə seçilən Azərbaycan bölgəsidir. Burada aparılan filiz¬çı-xar¬ma işləri iqtisadi baxımdan əhəmiyyətli olsa da, torpaq, su və biomüxtəliflik üzərində ciddi ekoloji təsir göstərir. Açıq mədən üsulları torpaq örtüyünü pozur, məhsuldarlığı azaldır və eroziya proseslərini sürətləndirir. Ağır metallar (qurğuşun, arsen, kadmium) torpağa və sulara sızaraq bit-kilərin və su can¬lı¬la¬rının sağlamlığına təhlükə yaradır.

Mədən fəaliyyəti eyni zamanda flora və fauna üçün yaşayış sahələrini məhdudlaşdırır, nadir və endemik növlərin yox olma riskini artırır. Səs-küy, toz və digər antropogen təsirlər heyvanların dav-ranışlarını pozur və ekosistem tarazlığını zəiflədir.

Ekoloji problemlərin həlli üçün davamlı nəzarət, tullantıların idarə edilməsi, torpaq və suyun bərpası, rekultivasiya, fitoremediasiya və “yaşıl mədənçilik” texnologiyalarının tətbiqi vacibdir. Kompleks tədbirlər görülmədiyi halda, ərazinin ekoloji tarazlığı uzunmüddətli və bərpaolunmaz şə-kildə pozula bilər.

Açar sözlər: Daşkəsən, filizçıxarma, torpaq çirklənməsi, su çirklənməsi, ağır metallar, biomüx¬tə-liflik, flora və fauna, ekoloji problemlər, ekotexnologiyalar, davamlı inkişaf


Baxış: 437