DOI: https://doi.org/10.36719/2663-4619/126/114-118
Telman Qocayev
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0008-8002-6927
qocayevtelman1@gmail.com
Davamlı inkişaf strategiyasında karbon kreditlərinin rolu
və resurs səmərəliliyi
Xülasə
Müasir dövrdə dayanıqlı inkişaf strategiyasının formalaşmasında əsas səbəblər iqlim dəyişmələri, təbii ehtiyatların sürətlə tükənməsi və ətraf mühitin çirklənməsi olmuşdur. Bu istiqamətdə karbon kreditləri istixana qazı emissiyalarının aradan qaldırılması və təbii resurslardan səmərəli istifadənin təşviqi üçün mühüm iqtisadi mexanizm kimi çıxış etmişdir. Məqalədə karbon kreditlərinin mahiyyəti, karbon bazarları, həmçinin onların dövlət strategiyalarında rolu nəzəri və praktik metodlarla qiymətləndirilmişdir. Eyni zamanda karbon kreditlərinin yaşıl maliyyələşdirmənin və qabaqcıl texnologiyaların inkişafına verdiyi töhfə və resurs səmərəliliyinə təsiri araşdırılmışdır. Bundan əlavə, tədqiqat dayanıqlı inkişaf kontekstində ekosistem və iqtisadi siyasətlərin inteqrasiyasının əhəmiyyətindən bəhs etmişdir. O, karbon ticarəti kimi bazar mexanizmlərinin iqtisadi təkmilləşdirilməsini ekosistemin qorunması ilə balanslaşdırmaq üçün optimallaşdırılmış vasitə ola biləcəyini göstərmişdir. Tədqiqatın nəticələri uzunmüddətli dayanıqlılıq məqsədlərinə nail olmaq üçün siyasət mexanizmlərinin daha yaxşı anlaşılmasına töhfə verir.
Açar sözlər: dayanıqlı inkişaf, karbon bazarları, karbon kreditləri, resurs effektivliyi, yaşıl iqtisadiyyat