DOI: https://doi.org/10.36719/2663-4619/96/101-106
Nərmin Şərbətova
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası
DAXİLİ DİZAYNDA (İNTERYERDƏ) ERQONOMİK YERLƏŞMƏ
Xülasə
Məqalə daxili dizaynda erqonomikanın tədqiqinə həsr olunub. Son illər daxili dizaynda erqonomika anlayışına əsaslanaraq düzgün, funksional yerləşdirmə yəni planlaşdırma metodları ilə çertyoj və layihələrin hazırlanması prosesi aktiv şəkildə yayılmışdır. Bu tədqiqatda yer alan məqalələrdə, sahə üzrə mütəxəssis olaraq inkişaf etmək istəyənlər üçün daxili dizaynda istifadə oluna biləcək mebel və avadanlıqların düzgün yerləşdirilməsi və ölçü standartları əsasında layihələndirməsi haqqında ətraflı məlumat verilmişdir. Məqalədə erqonomikanın insanın psixoloji və fiziki anatomiyası nəzərə alınmaqla düzgün və rahat mühit ölçülərinin yaradılmasının vacib amil olması mühüm şərtlərdən biri olması öz təsdiqini tapır.
Açar sözlər: erqonomika, interyerdə erqonomik yerləşmə, erqonomik mebel, erqonomik standartlar, layihələndirmə və tikinti
Narmin Sharbatova
Azerbaijan State Academy of Fine Arts
Ergonomic placement in interior design
Abstract
The article is dedicated to the study of ergonomics in interior design. In recent years, the process of preparing drawings and projects with proper, functional placement, its planning methods, based on the concept of ergonomics, has been actively spread in interior design. The article in this study provide detailed information on the proper placement and design of furniture and equipment that can be used in interior design based on size standards for those who want to develop as specialists in the field. In the article, it is confirmed that ergonomics is one of the important conditions for creating the right and comfortable environment, taking into account the psychological and physical anatomy of a person.
Keywords: ergonomics, ergonomic placement in the interior, ergonomic furniture, ergonomic standards, design and construction