Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

Demoqrafik-etnik dəyişikliklər kontekstində Qərbi Azərbaycanda azərbaycanlı əhalinin təhsil vəziyyəti (XIX əsrin sonu – XX əsrin əvvəli)

 

Səidə Quliyeva1 Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным., Hikmət Əhmədov1* Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным., Elşad Bağırov1 Изображение выглядит как круг, логотип, Графика, Шрифт

Содержимое, созданное искусственным интеллектом, может быть неверным.

 

Xülasə. XIX əsrin sonu – XX əsrin əvvəlində Rusiya imperiyasının köçürmə siyasəti nəticəsində İrəvan quberniyasında yerli azərbaycanlı əhalinin etnik üstünlüyü tədricən azalır, köçürülən erməni əhalinin sayı isə artırdı. Məqalədə Rusiya imperiyası dövrünə aid statistik məlumatlar əsasında əhalinin etnik tərkibindəki dəyişikliklər göstərilir, bu dəyişikliklərin fonunda azərbaycanlı əhalinin təhsil imkanlarının necə formalaşdığı araşdırılır, ənənəvi (məktəb, mədrəsə) və dünyəvi təhsil müəssisələrinin (gimnaziya, müəllimlər seminariyası, yeni tipli məktəblər)  təhlil olunur. Aparılan tarixi-demoqrafik və müqayisəli-statistik təhlil göstərirdi ki, Qərbi Azərbaycan  cəmiyyətində demoqrafik təzyiqə cavab olaraq ikili təhsil modeli — dini məktəb-mədrəsə şəbəkəsi ilə dünyəvi gimnaziya və seminariya şəbəkəsinin paralel fəaliyyəti — formalaşdırmışdır. Bu vəziyyət dilin, dinin və mədəni kimliyin qorunmasını təmin etməklə yanaşı, milli ziyalı təbəqəsinin formalaşması üçün zəmin yaratmışdır. Tədqiqat tarixi-demoqrafik və müqayisəli-statistik təhlil metodlarına əsaslanır. Mənbələr müqayisə edilərək faktlar ümumiləşdirilmiş, tarixi-demoqrafik proseslərin təhsilə təsiri araşdırılmışdır. İmperiya statistikalarında işlədilən “tatar” və “müsəlman” terminləri nəzərə alınaraq, məqalədə müasir “azərbaycanlı” anlayışından istifadə edilmişdir.

 

Açar sözlər: Qərbi Azərbaycan, İrəvan quberniyası, tarixi demoqrafiya, təhsil tarixi, məktəb və mədrəsə, milli ziyalılar

 


Baxış: 6