https://doi.org/10.36719/2663-4619/112/70-73
Qönçə Gülmalıyeva
Naxçıvan Müəllimlər İnstitutu
magistrant
https://orcid.org/0009-0004-1053-1910
qonca1199@gmail.com
Dərsdənkənar tədbirlərdə milli dəyərlərin formalaşdırılması
yollarının araşdırılması
Xülasə
Bu araşdırmada qeyd edilir ki, dərsdənkənar fəaliyyət uşaqların şəxsiyyətinin inkişafına əhəmiyyətli təsir göstərir. Şagirdlərin maraqlarını dəstəkləməyə yönəlmiş müəllimlərin və valideynlərin birgə fəaliyyəti təkcə təhsil fəaliyyətinə faydalı təsir göstərmir, həmçinin də gələcək həyatlarında uğur qazanmaq üçün lazım olan bacarıqların formalaşmasına kömək edir. Şəxsiyyətin mənəvi-əxlaqi inkişafı ənənəvi əxlaq normaların əsasında şəxsiyyətin dəyər-semantik sferasının ardıcıl genişlənməsi və möhkəmlənməsi, insanın qiymətləndirmə və şüurlu şəkildə qurmaq qabiliyyətinin formalaşması prosesində həyata keçirilir. Əsas milli dəyərlər anlayışının əsasını “dəyər” və “millət” anlayışları təşkil edir. Məktəblilərin əsas milli dəyərlərinin formalaşdırılması prosesi yüksək mənəviyyatlı, məsuliyyətli, yaradıcı, təşəbbüskar, səriştəli Azərbaycan vətəndaşının formalaşması və inkişafına dəstək kimi həyata keçirilən olduqca mürəkkəb pedaqoji prosesdir. Həmçinin məqalədə göstərilir ki, mənəvi dəyərlərin aşılanması prosesində dərdənkənar tədbirlərin özünəməxsus yeri vardır. O zaman şagirdlərin sərbəst formada bu tədbirlərdə iştirakı elmi dünyagörüşləri ilə yanaşı, onların intellektual səviyyələrinin, habelə mənəvi dəyərlərə hörmət hissinin formalaşdırılmasına nail olmaq mümkündür. Milli dəyərlərin aşılanması məqsədilə müxtəlif rollu oyunların təşkili də mühüm əhəmiyyətə malikdir.
Açar sözlər: təcrübə, şagird, müəllim, texnologiya, təhsil, milli dəyərlər