DOI: https://doi.org/10.36719/2706-6185/50/45-51
Könül Məmmədova
Bakı Dövlət Universiteti
https://orcid.org/0000-0001-7283-6948
konul.memmedova-bdu@mail.ru
Deskriptiv dilçilikdə vahid və tərtibat, vahid və proses,
söz və paradiqm modelləri
Xülasə
Müasir dilçiliyin inkişafı struktur dilçiliyin meydana gəlməsini zəruri edərək onu məntiqi dilçiliyin müasir cərəyanlarından birinə çevirdi. Qeyd edək ki, funksional dilçilik və qlossematika ilə yanaşı, struktur dilçiliyin qanadlarından biri də deskriptiv dilçilikdir. Məqalədə deskriptiv dilçiliyin bir çox modelləri ətraflı şəkildə tədqiqata cəlb edilir: klassik, linqvistik, vahid və tərtibat, vahid və proses, söz və paradiqm modelləri, eləcə də tədqiqat modelləri olan şifrələmə, eksperimental modellər geniş şəkildə öz əksini tapır.
Məlum olduğu kimi, (İA) Vahid və Tərtibat (düzülüş) modeli mürəkkəb sözlərin tərtibçilərini müəyyən etmək, bütövü hissələrdən yenidən yığmaq, morfoloji təhlillə məşğuldur. Hokketin ikinci modeli (İP) Vahid və Proses sözləri mənalarına görə hissələrə bölüb yerləşdirmir, mürəkkəb sözləri yaratmaq üçün proseslərdən istifadə edir. Hər iki modeldə sözlərin yaranmasına yanaşma sadə komponentlərdən başlayır. Linqvistik təsvirdə məqsəd ixtisar və azalmalardan uzaqlaşmaqla kök və prosesləri idarə etməkdir. Bu zaman sözlər və onların paradiqmalarda təşkili morfologiyada düzgün rol oynamır, potensial aktuallıq yaratmır. Bu modellər xüsusi sözün yığılmasında, yaxud yığılmamasında təcrid olunur, sözlər arasında əlaqələr deskriptiv əhatədən kənara düşür.
Açar sözlər: vahid və proses, vahid və tərtibat, söz və paradiqm, deskriptiv dilçilik, F. Boas, E. Səpir, klassik morfoloji model