DOI: https://doi.org/10.36719/2706-6185/46/68-71
Rena Əliyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti
doktorant
https://orcid.org/0009-0007-7594-9455
aliyeva.rena83@gmail.com
Dilçilikdə determinant anlayışının işlənməsi məsələləri
Xülasə
Məqalədə determinant anlayışı və onun cümlədə işlənmə məsələlərindən bəhs edilir. Azərbaycan dilçiləri ilə yanaşı, rus alimlərinin də bu istiqamətdəki işləri təhlilə cəlb olunur.
Məqsəd – Müasir dilçilikdə müxtəlif sintaktik və leksik kateqoriyaların öyrənilməsi zamanı determinant anlayışı xüsusi əhəmiyyət kəsb edir. Determinantlar nitq hissələri sistemində isimlə birbaşa əlaqədə olan və onun mənasına müəyyən məhdudiyyət və konkretlik gətirən söz və ya söz birləşmələridir. Bu anlayış bir çox Avropa dillərində, xüsusilə ingilis, fransız, alman və digər Qərb dillərində geniş şəkildə işlənməkdədir. Lakin Azərbaycan dilində determinant anlayışı hələ də tam şəkildə sistemləşdirilməmiş və terminoloji baxımdan müxtəlif yanaşmalarla izah olunmaqdadır. Bu səbəbdən determinantların dil sistemində yeri, funksiyası və təsnifatı məsələləri tədqiqat baxımından aktuallığını saxlayır.
Araşdırmalar belə bir elmi nəticəyə gətirib çıxarır ki, dilçilikdə determinant anlayışının işlənməsi məsələsi zamanı pedaqoji və professional istiqamətlər əsas tutulmalıdır.
Açar sözlər: determinant, cümlə, dilçilik, anlayış, ifadə