DOI: https://doi.org/10.36719/2789-6919/45/118-121
Nüşabə İsmayılova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0009-0004-2412-0268
nusaba-331@mail.ru
Dilçiliyin sosiolinqvistik aspektdə öyrənilməsi
Xülasə
Sosiolinqvistikanın başlıca problemi “insan və cəmiyyət”dir. Lakin dil strukturunun müxtəlifliyi də daima onun diqqət mərkəzindədir. Sosiodilçilik sayəsində biz dillə cəmiyyət arasında əlaqəni daha geniş öyrənirik. İnsanlar cəmiyyətdə müxtəlif sahələrdə, müxtəlif insanlarla fərqli şəkildə, müxtəlif dildə ünsiyyət qururlar. Məsələn, sözsüz ki, bir rəhbərlə işdə danışdığımız tərzdə dostlarımızla danışmırıq və ya tanımadığımız şəxslə ailə üzvümüz kimi rahat ünsiyyət qurmuruq. Sosiolinqvistik yanaşmada hətta qadın ilə qadının, kişi ilə kişinin və ya əks cinslilərin bir-biri ilə danışığına diqqət yetirsək, tamam fərqli məqamları aşkar edə bilərik
Dilin ictimailiyi onun cəmiyyəti öyrənən elm sahəsi olan sosiologiya ilə bağlılığına dəlalət edir. Çoxmillətli bir cəmiyyəti təsəvvür edək. Burada yalnız dilin cəmiyyətdən asılığı deyil, dillərin qarşılıqlı təsiri və əlaqəsi, hansının daha əsas, digərlərinin asılı vəziyyətdə olması məsələsi də problem olaraq qarşıya çıxır. Bu, dil və cəmiyyət məsələsinin problemlərindən biridir. Dilin çoxcəhətli olması çoxdan hər kəsə məlumdur.
Açar sözlər: sosiolinqvistika, bilinqvizm, diqlossiya, dil siyasəti