Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/44/27-30

Nəsibə Abbasova

DTX-nin Heydər Əliyev adına Akademiyası

filologiya üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0007-0342-3112

abbasova64@internet.ru

 

Dilin leksik sistemində dildaxili (interlinqval) lakunalar

 

Xülasə

 

“Dilin leksik sistemində dildaxili (interlinqval) lakunalar adlı məqalədə dildaxili lakunarlıq bir dil hadisəsi kimi araşdırılır və Azərbaycan dilinin leksik sistemindəki müxtəlif növ dildaxili lakunaların təhlili verilir. Ən çoxsaylı qrup kimi sistemli (potensial) boşluqların öyrənilməsinə xüsusi diqqət yetirilir. İstənilən ədəbi dilin lüğət tərkibindəki dəyişikliklər çox vaxt onunla əlaqələndirilir ki, şifahi nitqin, habelə dialektlərin, peşələrin, elmlərin inkişafı ilə sözlərin tez-tez köçürülməsi və ya əvəzlənməsi ilə müşahidə olunan proseslər baş verir. Dildaxili lakunaların bu qəbildən: 1) sistemli (potensial); 2) uzual (adi, normativ); 3)seqmentar; 4) transnominasiya; 5) hiperonim və ya hiponim; 6) mütləq və digər hələ tam dəqiqləşdirilməmiş növləri müəyyən edilir. Beləliklə də, “leksemlərin əhəmiyyətli olmaması” fenomeninin tədqiqi dildə baş verən bir çox lakunar prosesləri sistem kimi başa düşməyə imkan verir.

Açar sözlər: leksik-semantik çatışmazlıq, lakunarlıq fenomeni, linqvopsixoloji özəllik, lakunanın linqvistik mahiyyəti, dildaxili lakunaların müxtəlif növləri


Baxış: 75