Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

https://doi.org/10.36719/2663-4619/110/57-66

Rəhim Həsənov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

UOT 1:001.92

https://orcid.org/0000-0001-5104-9582

hesenli.82@inbox.ru

 

Dini təhsilin tarixi-fəlsəfi və əxlaqi aspektləri

 

Xülasə

Din fərdin mənəvi səviyyəsini yüksəltməklə yanaşı, insanlarda müəyyən bir dünyagörüşü for­malaşdırır, dindar insanların həyat mövqeyini istiqamətləndirir, eyni zamanda mədəniyyətin məzmununu zənginləşdirir. Lakin bəşər tarixində din adı altında qanlı müharibələrin də baş verməsi danılmaz bir faktdır.

Bu baxımdan dinin mənasını düzgün dərk etmək, müxtəlif dinlərə qarşı dözümlülük mühitini yetişdirmək və s. kimi mövzuların öyrənilməsi baxımından dini təhsilin düzgün aparılması olduqca mühüm əhəmiyyət kəsb edir. Bu məqalənin məqsədi müxtəlif ölkələrdə dini təhsilin tənzimləməsi ilə bağlı ən yaxşı təcrübələri öyrənməkdir. Dini təhsil geniş mənada ümumi dini təlimlərin, dini ayinlərin, dini adətlərin, dini anlayışların, din tarixinin tədris edilməsidir. Dar mənada, dini təhsil dedikdə isə yalnız müəyyən bir dinin və ya inancın insanlara aşılanması və öyrədilməsi nəzərdə tutulur.

Tədqiqatın məqsədi dini təhsilin formalaşması və inkişafı xüsusiyyətlərinin tarixi-fəlsəfi təhli­lindən ibarətdir. Dini dünyagörüşünün formalaşmasının mühüm aspektləri, dini təhsilin cəmiyyətdə rolu, din və əxlaq, Avropa ölkələrində dini təhsilin mühüm xüsusiyyətləri, İslam dinin tədrisi tarixi də tədqiqatda öz əksini tapmışdır.

Dini təhsilin tarixi-fəlsəfi aspektləri P. L. Berger, R. Debre, H. G. Heymbrok, A. A. Leviçkaya, C. T. Şeylke, R. M. Biqnova, P. Şrayner, C. Oruç, C. Hall, F. Şveyçer və başqalarının əsərlərində geniş şəkildə araşdırılmışdır. Ölkəmizdə bu sahədə araşdırma aparan tədqiqatçılar içərisində Z. Bünyadovun, Ə. Qurbanovun, R. Əliyevin, E. Səmədovun, A. Məmmədovun və başqalarının adını qeyd etmək yerinə düşərdi.

Tədqiqatın obyektini dini biliklərin ötürülməsinin konkret tarixi formaları təşkil edir. Tədqiqatın predmeti isə dini təhsilin meydana gəlməsi, inkişafı və dini biliklərin tədrisindən ibarətdir.

Açar sözlər: dini təhsil, din tarixi, dinin formalaşması, din və əxlaq, Avropada din, İslam dini, dini dünyagörüşü


Baxış: 577