DOI: https://doi.org/10.36719/2663-4619/114/104-107
Zümrüd Qasımova
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
https://orcid.org/0009-0001-3458-7941
zumrud.vahid@mail.ru
Don Delillo və David Foster Wallace əsərlərində ekzistensializm və postmodernizm: informasiya xaosunda insanın mənasızlıq axtarışı
Xülasə
XIX əsrin ikinci yarısından etibarən fəlsəfənin bir çox sahələri fərdiyyətçilikdən ümumbəşəri biliyə, hər kəs üçün eyni olan məzmun və həqiqəti tapmaq cəhdlərinə doğru irəliləyirdi. Həmin tarixi dövrlərdə bütün universal qanunlar insanın mahiyyətini aşkara çıxarmaq üçün istifadə edilirdi. Məlum olduğu kimi, XIX əsrin ortalarına qədər fəlsəfədə rasionalizm ideyaları üstünlük təşkil edirdi. Lakin bu işdə müəyyən çətinliklər də özünü göstərmişdir. Nəticədə fəlsəfi fikrin bir sıra formalarından narazılıq özünü göstərmiş, bir sözlə desək alimlər arasında “fəlsəfi qiyam” başlanmışdır. Həmin “fəlsəfi qiyam”ın nümayəndələri sonradan ekzistensializm fəlsəfəsini yaratmışlar. Ekzistensialistlərin irəli sürdükləri əsas ümumi problem həyatın mənası, insanın dünyada yeri və onun özünə həyat yolu seçməsi məsələsini aydınlaşdırmaqdan ibarətdir.
Postmodernizm isə modernizmdən sonra yaranmış yeni dünyagörüşləri və həyata baxışları yeni məzmunda ehtiva edirdi. Əslində isə postmodernizm, bir növ modernizmin “qalıq effektləri” ilə işləyən təkrar təfəkkür modeli kimi gündəmə gəlmişdi və onun bütün fəaliyyət sahələrində poststrukturalizmin əsas əlamətləri müşahidə olunurdu. Poststrukturalizm postmodernizmi modern təfəkkür tərzi kimi təqdim edirdi. Təqdim olunmmuş məqalədə Don Delillo və David Foster Wallace əsərlərində ekzistensializm və postmodernizm: informasiya xaosunda insanın mənasızlıq axtarışı probleminə münasibəti araşdırılmışdır.
Açar sözlər: fəlsəfi cərəyanlar, ekzistensializm, modernizm, postmodernizm, ədəbi cərəyanlar