DOI: https://doi.org/10.36719/2789-6919/45/11-16
Sahil Hüseynov
Milli Aviasiya Akademiyası
hüquq üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0003-0732-7110
sahilhuseynov@naa.edu.az
Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının yaşayış məntəqələrinin idarə olunması üzrə qarşılıqlı münasibətlərinin
hüquqi əsasları
Xülasə
Məqalə yaşayış məntəqələrinin idarə olunması səlahiyyətlərinin həvalə olunduğu dövlət hakimiyyət orqanlarının və yerli özünüidarə orqanlarının qarşılıqlı münasibətlərinin hüquqi əsaslarının qiymətləndirilməsi məsələlərinə həsr olunmuşdur. Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının qarşılıqlı fəaliyyətinin hüquqi əsaslarının tədqiqi göstərir ki, yaşayış məntəqələrinin idarə olunması üzrə dövlət hakimiyyəti orqanlarının və yerli icra hakimiyyətlərinin səlahiyyət sahələri fərqləndirilməlidir. Dövlət hakimiyyət orqanları ölkənin bütün ərazisində əhalinin həyat fəaliyyətinin təmin edilməsi üzrə ümumdövlət tədbirlərini həyata keçirirlər. Yerli icra hakimiyyətləri isə inzibati ərazidə yerli əhəmiyyətli məsələlərin həlli sahəsində idarəetmə funksiyalarını yerinə yetirirlər. Yerli hakimiyyət səlahiyyətlərinin müəyyən hissəsinin bələdiyyələrə həvalə olunmasının hüquqi cəhətdən əsaslandırılmasına ehtiyac vardır.
Açar sözlər: hakimiyyət, orqan, özünüidarə, konstitusiya, qanun, hüquq, norma, əsas