https://doi.org/10.36719/2789-6919/43/101-105
Nərmin İmanova
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
magistrant
https://orcid.org/0009-0005-1240-7670
imanovanermin434@gmail.com
Dövlət müstəqilliyinin bərpasından sonra Bakıda kilsə və sinaqoqların memarlığının yenilikləri
Xülasə
Bu məqalədə müstəqillik illərində Bakıda yenidənqurma və bərpa işlərinin aparıldığı bir neçə kilsə və sinaqoqların tarixi, bədii xüsusiyyətləri diqqət doğurur. Dini abidələrin memarlıq dizaynında həm ənənəviliyin, həm də müasir texnologiyanın necə birləşdiyi əks olunur. Yeni tikililər şəhərin mədəni və dini həyatında rol oynamış, tolerantlığın və çoxmədəniyyətliliyin inkişafına töhfə vermişdir. İstənilən dini tikili, yalnız dini semantikası ilə gözdən keçirildikdə öz tarixi semantikasını açıqlayır. Coğrafi mövqeyi, Böyük İpək Yolunun üzərində yerləşməsi Azərbaycana qlobal səviyyədə dinlər və mədəniyyətlərarası dialoqun qurulduğu məkana çevrilmək imkanı vermişdir. İlk dəfə 1191-ci ildə Azərbaycanın paytaxt şəhəri olan Bakı, əhalisinin etnik tərkibi sayəsində müxtəlif dövrlərdə bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq, islam və bir çox başqa dini inanclar yayıldığı və bir-birinə qarşılıqlı şəkildə təsir göstərdiyi şəhərə çevrilmişdir. Dövlət müstəqilliyi bərqərar olduqdan sonra, Azərbaycanda milli-dini dəyərlərə qayıdışda, habelə dinin cəmiyyət həyatında roluna baxışda yeni mərhələ başlanmışdır. Bu yeni mərhələ memarlıqda da özünü birüzə verir.
Açar sözlər: Bakı, yenidənqurma, tikili, sinaqoq, memar, müstəqillik, kilsə, Azərbaycan