DOI: https://doi.org/10.36719/2706-6185/56/114-120
Əziz Atamoğlanov
Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
magistrant
https://orcid.org/0009-0007-6399-9711
aziz.atamoglanoff@gmail.com
Dövlət qulluğu qanunvericiliyinin islahatına beynəlxalq yanaşmalar: müqayisəli təhlil və Azərbaycanın reallıqları
Xülasə
Müasir dövrdə dövlət qulluğu dövlətin idarəetmə sistemində səmərəliliyin, şəffaflığın və ictimai etimadın əsas təminatçısı kimi mühüm rol oynayır. Beynəlxalq təcrübə göstərir ki, uğurlu idarəetmə sistemi meritokratiya, hesabatlılıq və rəqəmsallaşma prinsiplərinə əsaslanır. Böyük Britaniya, Fransa, Cənubi Koreya və Estoniya kimi ölkələrdə aparılan islahatlar göstərir ki, rəqabətə əsaslanan seçmə, etik standartların gücləndirilməsi və innovativ texnologiyaların tətbiqi dövlət idarəçiliyinin keyfiyyətini artırır. Azərbaycan Respublikasında 2000-ci il “Dövlət qulluğu haqqında” Qanun bu istiqamətdə mühüm mərhələ olsa da, dəyişən sosial-siyasi şərait hüquqi bazanın modernləşdirilməsini, rəqəmsal və antikorrupsiya mexanizmlərinin daha da təkmilləşdirilməsini tələb edir.
Müqayisəli təhlil göstərir ki, beynəlxalq təcrübənin tənqidi şəkildə adaptasiyası Azərbaycanın dövlət idarəçiliyində peşəkarlığın, şəffaflığın və səmərəliliyin daha da gücləndirilməsinə şərait yarada bilər.
Açar sözlər: dövlət xidməti, qanunvericilik, kadr siyasəti, professionalizm, rəqabətli seçki, ədalət və şəffaflıq, motivasiya, effektivlik, attestasiya, təlim və inkişaf, innovasiya və rəqəmsallaşma, beynəlxalq təcrübə, reformalar, meritokratiya prinsipi, hesabatlılıq, dövlət idarəçiliyi, etik standartlar, korrupsiyaya qarşı mübarizə, səmərəli idarəetmə, hüquqi baza