Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

https://doi.org/10.36719/2789-6919/43/117-121

Nuray Abakərova

Distant Bilik Mərkəzi

https://orcid.org/0009-0008-7667-0226

nurayabakarova2002@gmail.com

Svetlana Qədirova

Azərbaycan Dövlət Pedaqoji Universiteti

https://orcid.org/0009-0008-6417-2115

svetlanaqedirova@icloud.com

 

Dövlət xəstəxanalarında tibbi tullantıların idarəetmə praktikası:

mövcud vəziyyət

 

Xülasə

Bu tədqiqat işi dövlət xəstəxanalarında tibbi tullantıların idarə edilməsinin mövcud praktikaları araşdırılır, bu sahədə tətbiq olunan milli və beynəlxalq qaydalar nəzərdən keçirilir. Xəstəxanalarda tullantıların çeşidlənməsi, toplanması, daşınması, utilizasiyası və sterilizasiyası kimi əsas mərhələlər təhlil olunur. Azərbaycan Respublikasında tibbi tullantıların idarə edilməsi üzrə normativ-hüquqi baza və mövcud problemlər də dəyərləndirilir. Tibbi tullantıların idarə olunması səhiyyə sisteminin ekoloji və ictimai sağlamlıq aspektlərindən biri kimi mühüm əhəmiyyət kəsb edir. Tibbi tullantıların idarə olunması prosesinin ilk mərhələsi, tullantıların düzgün şəkildə toplanması və sinifləndirilmə­sidir.  Xəstəxanalarda bu prosesin təşkilində bəzən çətinliklər yaşanır. Dövlət xəstəxanalarında tibbi tullantıların düzgün idarə olunması infeksiya riskinin qarşısını almaq, ekoloji təhlükəsizliyi təmin etmək və ümumi sanitar şəraitin yaxşılaşdırılması üçün vacibdir. Araşdırma göstərir ki, bir sıra dövlət xəstəxanalarında tibbi tullantıların idarə edilməsi üçün müəyyən protokollar mövcud olsa da, onların tam tətbiqi və nəzarət mexanizmləri hələ də təkmilləşdirilməlidir. Eyni zamanda, resurs çatışmazlığı, personalın təlim səviyyəsi və tullantıların düzgün utilizasiyası ilə bağlı problemlər bu sahədə ciddi çətinliklər yaradır. Sonda, beynəlxalq təcrübə əsasında daha səmərəli idarəetmə modellərinin tətbiqi və hüquqi tənzimləmələrin gücləndirilməsi üçün təkliflər irəli sürülmüşdür. Bu təkliflər tibbi tullantıların ekoloji təhlükəsizliyini artırmaq və dövlət xəstəxanalarında sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına kömək edəcəkdir.

Açar sözlər: tibbi tullantıların idarə olunması, dövlət xəstəxanaları, ekoloji təhlükəsizlik, tullantıların atılması qaydaları, səhiyyə sektoru tullantı tətbiqləri


Baxış: 85