DOI: https://doi.org/10.36719/2789-6919/45/239-244
Elnur Abbasov
Azərbaycan Dövlət Dəniz Akademiyası
texnika üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-6687-6892
abbasovelnur1980@mail.ru
Eldar Temirbulatov
Azərbaycan Dövlət Dəniz Akademiyası
doktorant
https://orcid.org/0009-0003-0403-3475
eldar.temirbulatov@gmail.com
DP sistemli gəmilərinin hərəkət və sükan kompleksində müasir texnoloji tətbiqlər
Xülasə
Bu məqalədə, dinamik mövqeləndirmə (DP) sistemli gəmilərin hərəkət və sükan komplekslərində müasir texnoloji tətbiqləri araşdırılır. DP sistemləri gəmi idarəetməsini avtomatlaşdıran, yüksək dəqiqliklə yerləşdirməni təmin edən və dənizdəki hərəkətləri optimallaşdıran texnoloji həllər təqdim edir. Hərəkət və sükan kompleksləri gəminin təhlükəsizliyini və dəqiqliyini artırmaq məqsədi ilə DP sistemləri ilə birgə işləyərək tənzimləmə, izləmə və gəminin müxtəlif mühit şərtlərində stabil hərəkətini təmin edir. Məqalədə bu sistemlərin tətbiqi, üstünlükləri və qarşılaşdıqları problemlər müzakirə olunur həmçinin, gələcək inkişaf istiqamətləri təqdim edilir.
Acar sözlər: dinamik yerləşdirmə, sükan kompleksi, hərəkət sistemi, gəmi idarəetməsi, naviqasiya texnologiyaları