DOI: https://doi.org/10.36719/2789-6919/48/97-102
Samirə Həsənova
İdarəetmə Sistemləri İnstitutu
dissertant
https://orcid.org/0009-0003-5231-9603
samirahasanova75@gmail.com
Nübiyyə Arifqızı
İdarəetmə Sistemləri İnstitutu
https://orcid.org/0009-0009-5449-859X
a.nubiyya@gmail.com
Yeganə Paşayeva
İdarəetmə Sistemləri İnstitutu
https://orcid.org/0009-0003-8654-3224
yegane.pasha@gmail.com
Dünya Torpaq Resursları Referans Bazasına çoxqatlı torpaqların identifikasiyası üçün alqoritmin işlənməsi
Xülasə
Torpaq növlərinin təsnifatının düzgün tərtibi ekosistemlərin qorunması, kənd təsərrüfatı fəaliy-yətlərinin səmərəli planlaşdırılması və torpaq idarəetməsinin effektiv təşkili üçün böyük rol oynayır. Ona görə də torpaqların becərilməsi üçün torpaq diaqnostikası məsələsinin həlli tələb olunur. Torpaqların diaqnostikası dedikdə, torpağın fiziki, kimyəvi və bioloji xüsusiyyətlərinin öyrənilməsi və qiymətləndirilməsi nəzərdə tutulur. Bu proses torpağın növünü, məhsuldarlıq potensialını, mün-bitliyini və ekoloji vəziyyətini müəyyən etməyə imkan verir. Bu məqsədlə akademik tədqiqatlarda, torpaq xəritələrinin hazırlanmasında, ətraf mühitin qiymətləndiril¬məsində, kənd təsərrüfatı planlaş-dırmasında, urbanizasiya və landşaft menecmentində World Reference Base for Soil Resources (WRB) təsnifat sistemi geniş tətbiq olunur.
S.Həsənova diaqnostik alqoritmin qurulması üçün torpaqların WRB-nin müvafiq referativ tor¬paq qruplarına aid edilməsi üzrə analiz aparmışdır. Həmin işdə WRB-nin təsnifat sistemi üzrə tor¬pağın identifikasiyasının yalnız bir horizont (üfüqi kəsim) üçün olan referativ qruplara görə alqo¬ritmi işlənilmişdir. Məlumdur ki, torpağın şaquli kəsiyi bir neçə qata malikdir və coxqatlı torpağın identifikasiyası məqsədi ilə həmin strukturun uyğunlaşdırılması aktual məsələdir.
Bu məqalədə çoxqatlı torpaq profilləri əsasında torpaqların diaqnostikasını aparmaq üçün alqo-ritmin qurulması və bu profilləri nəzərə alan verilənlər bazasının strukturunun təkmilləşdirilməsi məsələsinə baxılmışdır. İşlənmiş baza strukturuna uyğun olaraq torpağın tanınması üçün coxqatlı torpağın profilinə əsaslanan diaqnostika alqoritmi və uyğun proqram sistemi yaradılmışdır.
Açar sözlər: diaqnostik alqoritm, verilənlər bazası strukturu, torpaq identifikasiyası, torpaq qrupu, diaqnostik parametrlər