Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/115/238-241

Gülnur Seyidəliyeva

Bakı Slavyan Universiteti

https://orcid.org/0009-0002-5485-3829

seyideliyevagulnur1@gmail.com

 

Dünyanın dil mənzərəsi — GMF-lərin əsas quruluşunu formalaşdıran

Folklore qaynaqlarından biri kimi

 

Xülasə

 

Azərbaycan dilindəki qohumluq terminlərinin frazeoloji vahidlərin formalaşmasındakı rolu və onların daşıdığı əlavə semantik çalarlar geniş şəkildə təhlil olunur. Müəllif göstərir ki, bu terminlər yalnız ailə münasibətlərini deyil, eyni zamanda xalqın etnomədəni dünyagörüşünü, sosial münasibət sistemini və dilin konnotativ potensialını ifadə edir. “Pişiyimiz oğlan doğub”, “igid oğul dayıya oxşayar”, “vuran igid dayısına əyilməz” kimi ifadələr vasitəsilə oğul/dayı obrazlarının gender yönlü və istehsalı mənalarda necə istifadə edildiyi izah olunur. Məqalədə avunkulat – anaxətli ailə modeli – anlayışı da xüsusi yer tutur. Türk xalqlarında, o cümlədən azərbaycanlılarda dayının sosial və psixoloji nüfuzu, onun ailə münasibətlərindəki rəhbər funksiyası bu modelin qalığı kimi təqdim olunur. Qohumluq terminləri həm də sabit birləşmələrdə milli-mədəni dəyərləri və keçmiş ictimai münasibətləri əks etdirir. Müəllifin fikrincə, bu terminlər Azərbaycan dilində ayrıca bir semantik sahə formalaşdıraraq frazeoloji sistemin zənginliyini və dilin etnolingvistik xüsusiyyətlərini üzə çıxarır.

Açar sözlər: dünya, dil, termin, frazeologizm, folklor, qadın, kişi


Baxış: 295