Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/122/68-73

Türkan Salamova

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0006-4860-8922

salamovaturkan689@gmail.com

Könül Böyüker

Bakı Dövlət Universiteti

iqtisad üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0002-2962-1871

k.buyuker@mail.ru

 

DXBT layihələrinin effektiv icrasında marketinq və

rəqəmsal platformaların strateji əhəmiyyəti

 

Xülasə

 

Bu məqalədə dövlət-xüsusi biznes tərəfdaşlığı (DXBT) layihələrinin uğurla həyata keçirilməsi prosesində marketinq strategiyaları və rəqəmsal kommunikasiya platformalarının strateji əhəmiyyəti geniş şəkildə araşdırılmışdır. Müasir dövrdə iri infrastruktur və sosial-iqtisadi layihələrin uğuru yalnız maliyyə resursları və texniki imkanlarla deyil, həm də ictimaiyyətin layihələrə münasibəti, düzgün kommunikasiya siyasəti və şəffaflığın təmin olunması ilə sıx bağlıdır. Tədqiqat nəticələri göstərir ki, DXBT layihələrinin ictimaiyyətə effektiv təqdim olunması, maraqlı tərəflərlə (dövlət qurumları, özəl biznes, yerli icmalar, QHT-lər və media) qarşılıqlı informasiya mübadiləsinin qurulması layihələrin qəbul səviyyəsini və icra keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir. Sosial media, rəsmi veb platformalar, mobil tətbiqlər və elektron ictimai sorğular kimi vasitələr layihə haqqında məlumat-lılığın artmasına, şəffaflığın təmin edilməsinə və ictimai etimadın möhkəmlənməsinə şərait yaradır. Beynəlxalq təcrübə göstərir ki, məqsədyönlü marketinq və innovativ kommunikasiya alətləri tətbiq olunan layihələr daha tez ictimai dəstək qazanır və dayanıqlı icra olunur.

Açar sözlər: Dövlət-xüsusi biznes tərəfdaşlığı (DXBT), marketinq strategiyaları, rəqəmsal kommunikasiya, ictimai rəy, layihə effektivliyi, informasiya texnologiyaları

 

 


Baxış: 222