Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/125/158-163

İlqar Eyvazov

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0001-6792-5062

ilqareyvazov822@gmail.com

 

E-ticarət zamanında marketinq strategiyalarının uyğunluğu:

dijital və ənənəvi yanaşmaların kombinasiyasının roluna bir baxış

 

Xülasə

 

Bu məqalə e-ticarətin sürətlə genişləndiyi dövrdə marketinq strategiyalarının uyğunlaşdırılması zərurətini araşdırır və dijital və ənənəvi marketinq yanaşmalarının kombinasiyasının müəssisələr üçün yaratdığı strateji üstünlükləri təhlil edir. Rəqəmsal transformasiya ilə istehlakçı davranışları kəskin şəkildə dəyişmiş, alış qərarlarında onlayn platformaların rolu artmışdır. Bu kontekstdə yalnız ənənəvi və ya yalnız dijital vasitələrə əsaslanan kampaniyalar müəssisələrin rəqabət üstünlüyü əldə etməsi üçün kifayət etmir. Məqalədə omni-kanal (omnichannel) strategiyaların tətbiqinin müştəri təcrübəsini zənginləşdirdiyi, brend əlaqəsini gücləndirdiyi və satış çevrilmələrini artırdığı göstərilir.

Araşdırma həmçinin sosial media, kontent marketinqi, influencer əməkdaşlıqları kimi dijital alətlərin kütləvi informasiya vasitələri, əyani satış təcrübələri və ənənəvi reklam kanalları ilə inteqrasiyasının sinerji yaratdığını ortaya qoyur. Nəticələr göstərir ki, dijital və ənənəvi marketinqin optimal balansı müəssisələrin bazarda fərqlənməsinə, müştəri seqmentlərinin dəqiq hədəflənməsinə və resursların daha səmərəli bölüşdürülməsinə şərait yaradır. Bu kombinə edilmiş model e-ticarət mühitində fəaliyyət göstərən şirkətlər üçün həm qısa, həm də uzunmüddətli dövrdə markalaşma, satış və müştəri loyalılığı baxımından üstün nəticələr təmin edir.

Açar sözlər: e-ticarət, dijital marketinq, ənənəvi marketinq, omni-kanal strategiya, müştəri davranışı


Baxış: 46