Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/114/39-43

Brilyant Cəfərli

AMEA Naxçıvan Bölməsi İncəsənət,

Dil və Ədəbiyyat İnstitutu

dissertant

https://orcid.org/0009-0008-4149-4293

brilliant1cefer@yahoo.com

 

Əcəmi Əbubəkr oğlu Naxçıvani memarlığında tətbiq olunan bəzi

ornamentlərin türk mifologiyası ilə bağlılığı

 

Xülasə

 

Məqalə Azərbaycan memarlığının dühası Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi memarlıq abidələri üzərində həkk olunan ornamentlərin türk mifologiyasında mənalarına həsr olunmuşdur. Göstərilir ki, müxtəlif növ ornamentlər qədim türklərin mifik təfəkküründə mühüm rol oynamışdır. Memar Əcəmi Naxçıvani də böyük istedadı və geniş təfəkkürü ilə yaratdığı möhtəşəm əsərlər üzərində türk mifologiyasına məxsus həndəsi və nəbati ornament növlərini həkk etmişdir. Əcəmi abidələri üzərində əks olunan hər bir ornamentin türk mifik təfəkküründə xüsusi yeri və rolu vardır. Türk xalqlarının tarixinin qədimliyi Əcəmi yaradıcılığında gözəllik simvolları sayılan bu ornamentlər vasitəsilə təzahür etmişdir. Əcəmi Naxçıvaninin inşa etdiyi və zəmanəmizəcən gəlib çatmış Yusif Küseyir oğlu və Möminə Xatın türbələri üzərində işlənmiş ornamentlər ən qədim türk tayfaları olan hunların mədəniyyətlərindən gəlmə bəzək elementləridir. Bu abidələr üzərində istifadə edilən sadə həndəsi ornamentlərdən xətlərin, çevrələrin və onlardan yaranan çoxbucaqlıların, çoxguşəli ulduzların türk mifologiyasında müxtəlif mənaları mövcuddur. Sadə həndəsi ornamentlərdən yaranan çoxbu­caqlılar birləşərək ən mürəkkəb həndəsi ornamentlər olan şəbəkələri əmələ gətirmişdir. Dahi memarın inşa etdiyi abidələrdə tətbiq edilən bu divar şəbəkələrində türk ruhu hakim mövqedə dayanmışdır. Əcəmi memarlıq abidələri üzərində həndəsi ornamentlərlə yanaşı islimi adlanan nəbati ornamentlər də türk mifik təfəkkürünə aid ornamentlərdəndir.

Açar sözlər: Əcəmi, memarlıq, abidə, türbə, ornament, mifologiya


Baxış: 689