DOI: https://doi.org/10.36719/2663-4619/116/32-34
Aysel Hüsüzadə
Azərbaycan Dövlət İqtisad Universiteti
magistrant
https://orcid.org/0009-0009-8734-5768
ayselhusuzade75@gmail.com
Ədalət və İnkişaf partiyası dövründə Türkiyə və İran əlaqələri
Xülasə
Məlumdur ki, Yaxın Şərqdə olan geosiyasi mövqelər dövlətlərin siyasi istiqamətlərinə təsir edir. Bu konteksdə Türkiyə və İran arasında xarici siyasi əlaqələrə yeni mövqelər gəlib. Məqalədə iki ölkənin əməkdaşlığının müxtəlif mərhələləri və Ədalət və İnkişaf Partiyasının hakimiyyəti dövründə inkişaf perspektivləri, digər dövlətlər ilə qarşılıqlı münasibətlər və şərhlər qeyd olunub. İran və Türkiyə arasındakı yaranan zaman zaman böhranlara baxmayaraq Ədalət və İnkişaf Partiyası dövründə münasibətlər daha da gücləndi. Bu dövrdə ölkələr arasında diplomatik əlaqələr , iqtisadi və enerji məsələlərinin aktivıiyi öz əksini tapmışdır. Region əməkdaşlığı dövlətlərin resurs ehtiyatlarını müharibəyə deyil, tərəfdaşlığa sərf edilməli olduğunu göstərdi. Fərqli ideologiya və strategiyalara baxmayaraq Tehran və Ankara münasibətləri gücləndirməyə və qorumağa səy göstərirlər.
Açar sözlər: əməkdaşlıq, rəqabət, güc potensialı, əlverişli coğrafi mövqe, strategiya