Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/127/108-114

Qənirə Əsgərova

Naxçıvan Dövlət Universiteti

filologiya üzrə fəlsəfə doktoru

Naxçıvan, Azərbaycan

esgerovaqenire@ndu.edu.az

Günay Ələkbərova

Naxçıvan Dövlət Universiteti

Naxçıvan, Azərbaycan

elekberovagunay30@gmail.com

 

Ədəbi dil və dialekt münasibətləri

 

Xülasə

 

Dil bir cəmiyyətin mədəni, tarixi və sosial həyatının əsas ifadə vasitəsidir. Ədəbi dil və dialektlər isə bu geniş dil sisteminin iki əsas təzahür formasıdır. Ədəbi dil dilin normativ və sistemləşdirilmiş formasıdır ki, o, təhsil, rəsmi sənədlər, ədəbiyyat və mediada istifadə olunur. Dialektlər isə regionlara və sosial qruplara, fonetik, leksik, sintaktik və üslub xüsusiyyətlərinə xas olan dil faktlarıdır. Ədəbi dil və dialektlər arasında mürəkkəb və dinamik bir münasibət mövcuddur. Tarixi baxımdan dialektlər ədəbi dilin formalaşmasında əsas rol oynayıb. Onlar leksik material, frazeologiya, deyim və folklor nümunələri ilə ədəbi dilin zənginləşməsində böyük rol oynayıb. Digər tərəfdən, ədəbi dil dialektlər üzərində normativ təsir göstərir, onların bəzi elementlərini standartlaşdıraraq ictimai qəbulda olan forma halına gətirir. Sosiolinqvistika baxımından dialektlər və ədəbi dil arasındakı münasibət həm də nüfuz, dəyər və  cəmiyyət tərəfindən qəbul edilmə məsələləri ilə bağlıdır. Dialektlərin ədəbi dilə keçməsi və onların ədəbi üslubda istifadəsi yeni standart formaların yaranmasına səbəb olur ki, bu da dilin canlılığını təmin edir. Ədəbi dil və dialekt münasibətləri həmçinin bölgələrin və mədəniyyətin dil varlığının qorunması baxımından əhəmiyyətlidir. Dialektlər, həm də mədəni və tarixi dil daşıyıcısı kimi qiymətlidir. Buna görə də, ədəbi dildə işlənən dialektlər funksional baxımdan qiymətləndirməlidir. Nəticə etibarilə, ədəbi dil və dialektlər arasında qarşılıqlı təsir prosesi dilin həm standart, həm də bölgələrə xas olan üslublarının tarazlaşdırılmasını təmin edir. Bu münasibətlər dilin zənginliyini qoruyur, sosial və mədəni təzahürləri ədəbi mətndə ifadə etməyə imkan verir, eyni zamanda, cəmiyyətin dil siyasəti və normativ tələbləri ilə uzlaşır.

Açar sözlər: ədəbi dil, dialekt, mədəni təzahür, milli kimlik, mənəvi dəyər

 
 

Baxış: 4