Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/37-42

Allahverdi Məmmədli

Bakı Dövlət Universiteti

filologiya elmləri doktoru

allahverdimammadli1956@gmail.com

https://orcid.org/0009-0009-7936-5507

 

Ədəbi məktəb və onun əsas prinsipləri

 

Xülasə

Məqalədə ədəbi məktəbin mahiyyəti və məzmunu tədqiq olunur. Qeyd edilir ki, sənət aləminə və xüsusən bədii söz sənətinə xas olan ədəbi məktəb öz dərin məzmunu və siqləti ilə bütöv bir ya­radıcı nəslin öz dövrünün və özündən sonrakı nəsillərin bu məktəbi örnək seçməsi mahiyyəti da­şıyır.

Ədəbi məktəb xüsusi bir yaradıcılıq cərəyanıdır ki, onun yaradıcıları məxsusi bir üslub və bədii ifadə vasitələri kəşf edir və həmin kəşfdən dövrün müəyyən yaradıcı qüvvələri bəhrələnərək elə bu üslubu, həmin ideya-bədii xüsusiyyətləri yaradıcı şəkildə zənginləşdirərək yazıb yaradırlar. Bu ədəbi məktəbin hüdudları daxilində müəyyən olunmuş yaradıcılıq metodu əsasında ədəbi proses davam etdirilir.

Məqsəd həm də ədəbi məktəbin əsas prinsiplərini elmi tədqiqata cəlb etmək, bu prinsiplərin nə­lərdən ibarət olduğunu göstərməkdir. Əqidəli, geniş dünyagörüşlü, yeni üslubda yazıb yaradan in­sanların əməl birliyini ortaya qoymaqdır.

Məqalədə həmçinin mükəmməl ədəbi məktəb nümunəsi kimi “Molla Nəsrəddin” jurnalının xü­susiyyətləri araşdırılır.

Araşdırmalar belə bir elmi nəticəyə gəlməyə əsas verir ki, ədəbi məktəblə yeni ədəbi mərhələnin əsası qoyulur. Geniş mənada ədəbi məktəb ədəbi eranın başlanğıcıdır. Ədəbi qüvvələr ədəbi ör­nəklər yaradır, bu məktəbin bədii, estetik qanunlarını formalaşdırır və inkişaf etdirir.

Açar sözlər: ədəbi məktəb, əqidə, yeni üslub, “Molla Nəsrəddin”, “Füyuzat”, Cəlil Məmməd­quluzadə


Baxış: 73