Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/46/8-13

Oqtay Cəlilbəyli

Bakı Dövlət Universiteti

filologiya elmləri doktoru

https://orcid.org/0000-0002-0817-4908

jalilbeyliogtayeg@gmail.com

Gülçöhrə Alıyeva

 Azərbaycan Dövlət Dəniz Akademiyası

  filologiya elmləri doktoru

                             https://orcid.org/0000-0001-9517-6567

aliyevagulchohra59@gmail.com

 

EFL lüğətinin mənimsənilməsinin CALL alətləri vasitəsilə təkmilləşdirilməsi: rəqəmsal və ənənəvi təlimin müqayisəli tədqiqi

 

Xülasə

      Rəqəmsal texnologiyaların sürətli inkişafı bütün dünyada dilöyrənmə proseslərini, xüsusilə də xarici dil kimi ingilis dilini (EFL) öyrənənlərdə lüğət ehtiyatının mənimsənilməsi üsulunu dəyişdirmişdir. Bu tədqiqat işində ənənəvi tədrisdən texnologiyaların istifadəsilə tədrisə pedaqoji keçid xüsusi vurğulanaraq, Kompüter Dəstəkli Dilöyrənmə (CALL) alətləri vasitəsilə tələbələrin lüğət biliklərinin zənginləşdirilməsi yolları və səmərəliliyi araşdırılır. Tədqiqatın məqsədi, CALL alətlərilə tədrisin ənənəvi metodlarla müqayisədə leksikanın mənimsə- nilməsində və yadda saxlanılmasında əhəmiyyətli inkişafa səbəb olub-olmadığını qiymətləndirməkdir.  Bunun üçün özəl bir dil mərkəzində Pre-intermediate səviyyəli 60 tələbənin iştirakı ilə kvazieksperimental model tətbiq edilmişdir. İştirakçılar iki qrupa - eksperimental və nəzarət qruplarına bölündükdən sonra I qrupda Quizlet, Duolingo və Memrise kimi CALL tətbiqlərindən istifadə etməklə, II qrupda isə ənənəvi dərsliklər əsasında təlim aparılmışdır. Lüğətin mənimsənilməsindəki irəliləyişi və tələbələrin CALL-a münasibətini qiymətləndirmək üçün dərsdən əvvəl və sonra testlər, həmçinin anket sorğusu keçirilmişdir. Statististik nəticələr nəzarət qrupu ilə müqayisədə eksperimental qrupda əhəmiyyətli irəliləyişin olduğunu göstərmişdir. Bundan əlavə, CALL qrupundakı iştirakçıların motivasiyası yüksək olduğu üçün onlar leksikadan məqsədli istifadəyə görə əzmkarlıq nümayiş etdirərək daha yüksək uğur qazanmışlar. CALL tətbiqlərinin əhəmiyyəti onların multimodal funksiyaları, qamifikasiya elementləri, aralıqlı təkrarlama sistemləri və istifadəçi muxtariyyəti ilə əlaqələndirilmişdir. Tədqiqatın nəticələri əcnəbi dil tədrisi sahəsində rəqəmsal platformaların üstünlüklərini vurğulayan elmi ədəbiyyatın nəticə və çağırışlarına uyğundur. Məqalənin sonunda CALL tətbiqlərinin təlimdə spesifik funksiyaların optimallaşdırılmasında səmərəli təsirlərin araşdırılması tövsiyə olunur.

        Açar sözlər: kompüter dəstəkli dilöyrənmə (CALL), rəqəmsal alətlər, dilöyrənmə texnologiyası, mobil dəstəkli dilöyrənmə (MALL), təhsil texnologiyası

 

 


Baxış: 66