Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/50/14-17

Mahir Qəribov

Bakı Dövlət Universiteti

tarix üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0002-8183-5802

mahir_garibov@yahoo.com

 

Əhməd bəy Ağaoğlunun “Hikmət” qəzetindəki yazılarının

ideoloji istiqamətləri

 

Xülasə

 

Azərbaycan XX əsr ictimai-siyasi fikrinin görkəmli nümayəndələrindən olan Əhməd bəy Ağaoğlunun dünyagörüşü və ideya sisteminin formalaşmasında Avropada aldığı təhsil və həmin mühitin demokratik dəyərləri mühüm rol oynamışdır. Onun düşüncə tərzində millətçilik, türkçülük ideyası hər zaman ön planda olmuşdur. Fransada təhsilini başa vurduqdan sonra vətənə qayıdan Əhməd bəy türkçülük ideyasının tərəfdarlarından biri kimi tanınmaqla yanaşı, bu dövrdən etibarən milli mətbuatda millətçilik və ideologiya ilə bağlı məqalələr dərc etməyə başlamışdır. O, Azərbaycanın “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi” və sonradan Türkiyədə “Şurayı-Ümmət” və “Hikmət” qəzetlərində türkçülük ideologiyasının tarixi kökləri və inkişaf yolunu göstərmişdir. Milli və mənəvi dəyərlərə, eləcə də tarixi köklərə sədaqət onun düşüncə tərzində mühüm yer tutan amillərdən olmuşdur. Azərbaycan ideologiyasının ilkin mərhələsini təşkil edən türkçülük ideyası müstəqil dövlətimizin, Azərbaycan Respublikasının formalaşmasında mühüm rol oynamışdır. Bu baxımdan, böyük ideoloq və vətənpərvər Əhməd bəy Ağaoğlunun fəaliyyəti yüksək dəyərləndirilməlidir.

Açar sözlər: Əhməd bəy Ağaoğlunun milli-ideoloji baxışları, mətbuat tarixi, “Hikmət” qəzeti, “Həyat” qəzeti, “İrşad” qəzeti, demokratiya və milli düşüncə təbliğatçıları

 

 


Baxış: 132