DOI: https://doi.org/10.36719/2789-6919/53/9-14
Mahir Qəribov
Bakı Dövlət Universiteti
tarix üzrə fəlsəfə doktoru
https://orcid.org/0009-0002-8183-5802
mahir_garibov@yahoo.com
Əhməd Bəy Ağaoğlunun “Sırat-i Müstəqim” qəzetindəki
yazılarının ideya xətti və geosiyasi təhlil
Xülasə
Məqalə XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi düşüncəsinin görkəmli nümayəndəsi Əhməd bəy Ağaoğlunun Osmanlı mətbuatının nüfuzlu orqanı olan “Sırat-ı Müstəqim” qəzetində dərc edilən publisistik fəaliyyətinin ideya məzmununu araşdırır. Araşdırmada Ağaoğlunun yazılarının tematik istiqamətləri, İslam dünyasının vəziyyəti, Osmanlı dövlətinin geosiyasi rolu, Qafqaz müsəlmanlarının durumu, İran tarixi və Avropa dövlətlərinin Şərq siyasətinə dair mülahizələri geniş elmi təhlilə cəlb olunur. Ağaoğlu həm strateji baxışa malik bir publisist, həm də İslam dünyasının modernləşmə zərurətinin qatı müdafiəçisi kimi çıxış edir. Onun yazıları müsəlman dünyasının birliyi, ideoloji rolu, regional güc balansı və maarifçilik kimi məsələlərə dair mühüm fikirlər təqdim edir. Məqalə göstərir ki, Ağaoğlu “Sırat-ı Müstəqim” vasitəsilə yalnız hadisələrin şərhini verməmiş, həm də siyasət, tarix, din və cəmiyyət elmlərinin kəsişməsində müstəqil nəzəri konsepsiya formalaşdırmışdır.
Açar sözlər: Əhməd bəy Ağaoğlu, Sırat-ı Müstəqim, Osmanlı, islam dünyası, Qafqaz, geosiyasət, publisistika