Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI:  https://doi.org/10.36719/2663-4619/121/41-48

Kəmalə Qəhrəmanova

Bakı Dövlət Universiteti

doktorant

https://orcid.org/0009-0007-4047-8729

kemalegahramanova85@gmail.com

 

Elaeagnus caspica bitkisi və ondan dərman nanohissəciklərinin

alınması perspektivləri

 

Xülasə

 

İcmal məqalədə dərman bitkisi kimi tanınan iydə ağacının (Elaeagnus caspica) meyvə və çiçəklərinin morfofizioloji xüsusiyyətləri, fitokimyəvi tərkibi, farmakoloji xüsusiyyətləri, müxtəlif xəstəliklərdə tətbiqi və onun müxtəlif ekstraktlarında sintez edilən nanohissəciklər haqqında geniş tədqiqat məlumatları verilmişdir. İydə ağacının çiçəklərindən və meyvələrindən bir sıra farmakoloji təsirlərinə görə istifadə edilir və son illərdə intensiv şəkildə öyrənilir. Bu bitkinin çiçəkləri və meyvələri biotibbi potensiala malik çoxsaylı bioloji aktiv birləşmələrə sahibdir.

İydənin təzə yetişmiş meyvələrindən alınan tinktura homeopatiyada, xalq təbabətində isə çiçək-lərindən ödem, sinqa, antihelmintik, kolit, ürək xəstəliklərinin yüngülləşdirilməsində istifadə olunur. Yarpaqlarından – revmatizm, küt ağrıların azaldılmasında və həmçinin yara sağaldıcı məlhəmlərdə istifadə edilir. İydə meyvələrindən kulinariyada əlavələr kimi yararlanılır. İydə bitkisinin yarpaq və çiçəklərindən həzm sisteminin müalicəsi üçün büzücü maddələrin alınmasında istifadə edilir. 5–12 illik iydə ağacı saqqız ifraz edə bilir. İydə ağacı torpaqbərkitmə işlərində, sudanqorunma vasitəsi kimi, bağlarda və parklarda əkilir.

Açar sözlər: iydə ağacı, çiçəklər, farmakoloji xüsusiyyətləri, yaşıl sintez, nanodərman


Baxış: 195