Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI: https://doi.org/10.36719/2789-6919/57/227-230

Aysel Nəsirova

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

https://orcid.org/0009-0008-4480-7451

aysel.nasirova@asoiu.edu.az

 

Elektrofiziki xassələrin və optik şüalanmanın polimer Nano-Selen əsaslı kompozitə təsiri

 

Xülasə

 

Müasir elektronikanın ən aparıcı sahələri olan optoelektronikanın və fotoelektronikanın əsas işlək hissələri sayılan işıq qəbuledicilərinin və işıq enerjisini elektrik enerjisinə çevirən elementlərin hazırlanmasındakı uğurlar ilk növbədə həmin elementlərin hazırlanması üçün istifadə olunan yeni materialların yaradılması ilə təyin olunur. İndiki dövrdə artıq bu tip materialların çeşidi çox genişdir və onların sırasına mövcud olan yarımkeçiricilər əsasında yaradılmış yeni fotohəssas materiallar; müxtəlif funksiyalı polyar polimerlər əsasındakı maraqlı fotoelektrik xassələrə malik olan yeni üzvi materiallar; üzvi matrisalı (polimer matrisalı) və işığahəssas yarımkeçirici fazalı kompozitlər), müxtəlif matrisalardan ibarət nanostrukturlu kompozitlər və sair daxildir.

Bu istiqamətdə aparılan tədqiqat işlərində əldə olunan nəticələrin təhlili göstərir ki, son zamanlar müxtəlif komponentli (fazalı) və heterogen struktura malik olan fotohəssas polimer kompozitlərə, o cümlədən, nano ölçülü qatqıları olan kompozitlərə maraq xüsusilə artmışdır.

Məqalədə müxtəlif polimer materiallardan matrisası və fotohəssas nano yarımkeçiricilərdən qatqısı olan polimer-nano yarımkeçirici kompozitlərin elektrik keçiriciliyinə işığın təsiri tədqiq edilib. Alınmış təcrübi nəticələrin müqayisəli təhlili nəticəsində müşahidə olunan asılılıqların fıziki mahiyyəti aydınlaşdırılıb.

Açar sözlər: kompozit, polimer, nanomaterial, yarımkeçirici

 


Baxış: 5