Elektron lüğət əsasında Azərbaycan və fransız dillərinin müqayisəli təhlili
Murad Fərəczadə
Xülasə. Məqalədə Azərbaycan və Fransız dillərinin elektron lüğət əsaslı tərcümə kontekstində müqayisəli dil xüsusiyyətləri araşdırılır. Azərbaycan dilinin iltisaqi quruluşa, fransız dilinin isə roman dil ailəsinə məxsus analitik və flektiv xüsusiyyətlərə malik olması tərcümə prosesində ciddi morfoloji, sintaktik və semantik fərqlər yaradır. Məqalədə elektron lüğətlərin bu fərqlərin anlaşılmasında, sözlərin kök və şəkilçi quruluşunun təhlilində, kontekstual nümunələrin təqdimində və frazeoloji vahidlərin izahında mühüm rol oynadığı göstərilir. Bununla yanaşı, elektron lüğətlərin və maşın tərcüməsi sistemlərinin mədəni çalarları, idiomatik ifadələri və üslubi incəlikləri hər zaman tam şəkildə əks etdirə bilmədiyi vurğulanır. Nəticə olaraq, Azərbaycan-fransız tərcüməsində ən effektiv yanaşmanın elektron texnologiyalarla insan tərcüməçi bacarığının əməkdaşlığı olduğu qeyd edilir.
Açar sözlər: elektron lüğət, Azərbaycan dili, Fransız dili, müqayisəli təhlil, tərcümə, morfologiya, sintaksis, semantik qeyri-müəyyənlik, frazeologiya, mədəni uyğunlaşma