Arxiv
ELMİ TƏDQİQAT - 2026 ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/54/92-95 

Aytəkin Muradova

Azərbaycan Dövlət İqtisad Universiteti

magistrant

https://orcid.org/0009-0007-8973-7832

muradovaaytkin@gmail.com

 

Elektron ticarət sahəsində rəqabət mühitinin yaradılmasında yeni texnologiyalardan istifadənin təkmilləşdirilməsi istiqamətləri

 

Xülasə

 

Müasir dövrdə qlobal iqtisadiyyatın rəqəmsallaşması elektron ticarətin (e commerce) inkişafını sürətləndirmiş, bu sahədə rəqabət mühitinin formalaşması isə yeni texnologiyalardan istifadənin səviyyəsi ilə birbaşa əlaqələndirilmişdir. Elektron ticarətdə rəqabət qabiliyyətinin artırılması süni intellekt, böyük məlumat analitikası (big data), bulud texnologiyaları, blokçeyn və rəqəmsal ödəniş sistemləri kimi yeniliklərin tətbiqi ilə daha da güclənir. Bu texnologiyalar istehlakçı davranışlarını analiz etməyə, fərdiləşdirilmiş marketinq strategiyaları hazırlamağa, əməliyyat xərclərini azaltmağa və təhlükəsiz ödəniş infrastrukturunu təmin etməyə imkan verir. 

Azərbaycanda elektron ticarət ekosisteminin genişlənməsi və rəqabət mühitinin təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılır. “Rəqəmsal iqtisadiyyat” konsepsiyası çərçivəsində dövlət tərəfindən e-ticarət platformalarının dəstəklənməsi, elektron imza və ödəniş sistemlərinin inkişafı, kiçik və orta sahibkarlar üçün onlayn satış imkanlarının artırılması vacib istiqamətlərdəndir. Bununla yanaşı, beynəlxalq təcrübənin tətbiqi, hüquqi normativ bazanın yenilənməsi və istehlakçıların rəqəmsal savadlılığının yüksəldilməsi rəqabət mühitinin dayanıqlı inkişafına töhfə verir. Tədqiqatda elektron ticarətdə rəqabətin gücləndirilməsində texnoloji innovasiyaların rolu, rəqəmsal transformasiyanın iqtisadi effektivliyə təsiri və rəqabətqabiliyyətli bazar mühitinin formalaşması üçün strateji təkliflər təqdim olunur. Nəticələr göstərir ki, yeni texnologiyaların tətbiqi yalnız iqtisadi səmərəliliyi artırmır, həm də Azərbaycanın qlobal rəqəmsal bazarda inteqrasiyasına mühüm töhfə verir.

Açar sözlər: elektron ticarət, rəqabət mühiti, rəqəmsal texnologiyalar, süni intellekt, blokçeyn

 


Baxış: 20