DOI: https://doi.org/10.36719/2789-6919/49/99-103
Tural Muradzadə
Bakı Dövlət Universiteti
magistrant
https://orcid.org/0009-0000-7987-6117
muradzadetural8@gmail.com
Elektron ticarət sahəsində vergidən yayınmanın hüquqi və iqtisadi nəticələri: məlumat ötürülməsi və nəzarət problemləri
Xülasə
Məqalədə elektron ticarət sahəsində vergidən yayınma problemləri və onların iqtisadi-hüquqi nəticələri təhlil olunur. Elektron ticarətin qeyri-rəsmi sektorda geniş yayılması, transsərhəd əməliyyatların izlənməsindəki çətinliklər və məlumat ötürülməsi mexanizmlərinin zəifliyi dövlət büdcəsinə vergi daxilolmalarının azalmasına, rəqabət mühitinin pozulmasına və iqtisadi şəffaflığın zəifləməsinə sə-bəb olur. Hüquqi aspektdə isə vergi öhdəliklərinin icrasında boşluqlar, beynəlxalq ödənişlərin tənzimlənməsində çətinliklər və məsuliyyət mexanizmlərinin effektiv olmaması qeyd edilir. Məqalədə OECD və Avropa İttifaqının rəqəmsal iqtisadiyyata dair təcrübəsi araşdırılır, Azərbaycan üçün tövsiyələr – rəqəmsal vergi inzibatçılığının inkişafı, avtomatik məlumat mübadiləsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi – irəli sürülür.
Açar sözlər: elektron ticarət, vergidən yayınma, vergi inzibatçılığı, məlumat mübadiləsi, fiskal gəlirlər, rəqəmsal iqtisadiyyat, beynəlxalq təcrübə, hüquqi məsuliyyət