DOI: https://doi.org/10.36719/2789-6919/46/95-102
Vüsal Hüseynov
Naxçıvan Dövlət Universiteti
https://orcid.org/0009-0008-8362-3639
vusalhuseynov@ndu.edu.az
Elmi araşdırma məqalələrində riayət olunmalı əsas prinsiplər
Xülasə
Elmi tədqiqatlar hər hansı bir problemin ortaya çıxarılması və onun ümumbəşəri elmi metodlarla araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsidir. Hər hansı bir elm sahəsində elmi tədqiqat həyata keçirmək tədqiqatçıların müəyyən qayda və prinsiplərə riayət etmələrini tələb edir. Tədqiqatın mövzusunun necə müəyyən olunması, o sahəyə aid ədəbiyyat icmalının necə yerinə yetirilməsi, tədqiqatın dizaynı (metodologiya), dataların necə toplanması, analizi, şərh edilməsi və tədqiqat nəticələrinin hesabat şəklində təqdim olunmasının qayda və prinsiplərinin öyrənilməsi xüsusən tədiqiqatçılar üçün faydalıdır.
Tədqiqat işlərinin elmi çərçivədə yerinə yetirilməməsi, eyni zamanda elmi araşdırma məqalələrinin nüfuzlu beynəlxalq jurnalların standartlarına uyğun gəlməməsi bu mövzudakı mərhəllə və prinsiplərin öyrənilməsini tələb edir. Müşahidələrimizdə qarşılaşdığımız əsas problemlər də məhz elmi tədqiqat mövzularının adlarınının düzgün seçilməməsi və ya beynəlxalq səviyyədə diqqətçəkici və aktual olmaması eyni zamanda, elmi araşdırmanın təməl prinsiplərinə əməl edilməməsi ilə bağlıdır. Elmi tədqiqatların ümumi strukturu və bu prosesdə izlənilən addımların mahiyyətindən bəhs edən bu məqalə xüsusən gənc tədqiqatçılara öz araşdırmalarını yerinə yetirməzdən əvvəl və araşdırma prosesi boyunca önəmli yolgöstərici məlumatlardan bəhs edir.
Açar sözlər: elmi tədqiqat, elmi məqalə, tədqiqat metodları, elmi tədqiqat prinsipləri