DOI: https://doi.org/10.36719/2706-6185/56/6-12
Elmtutumlu texnologiyalar: insan kapitalı və süni intellekt
Xülasə
Elmi məqalədə rəqabət qabiliyyətli sənaye istehsalı sistemində elmtutumlu texnologiyaların aparıcı rolundan, texnologiyaların elmtutumluq dərəcəsinin yüksəldilməsindən, ölkəmizdə insan kapitalının inkişafında fasiləsizliyin təmin edilməsindən və s. məsələlərdən söhbət açılır. Qeyd edilir ki, innovasiyalı və dayanıqlı inkişaf insan kapitalının həlledici rolu, texnoloji-iqtisadi modernləşdirmənin, habelə texnoloji inkişafda süni zəkanın imkanlarının genişləndirilməsi fonunda baş verir.
Məqalədə Azərbaycanda elmtutumlu aqrar texnologiyaların inkişafı tarixinə qısa nəzər salınır, XX əsrin 90-cı illərin ortalarından etibarən kənd təsərrüfatında aparılan islahatların və yeni iqtisadi münasibətlərin elmi təminatının gücləndirilməsi məsələləri yada salınır. İnnovasiyalı rəqəmsal inkişaf torpaq münasibətlərinin səmərəliliyinin aparıcı şərtinə çevrilməsi vurğulanır.
Məqalədə süni intellektual sistemlərin formalaşması prosesinə və burada biliyə olan münasibətə nəzər salınır. İnsanın intellektual yaradıcılıq fəaliyyətinə aid məsələlərin qoyuluşu və həllinin aparat və proqram modelləşdirilməsi ilə bağlı olan problemləri öyrənən süni intellektual sistemlərin təşəkkülünün yarım əsrdən artıq bir dövrünün son iki-üç onilliyi daha fəal olması vurğulanır.
Sonda qeyd edilir ki, aqrar sahənin resurs bazarının tənzimlənməsi strateji maraqlar baxımından əsas tələblərə cavab verməlidir. Həmin tələblər isə milli ərzaq təminatı və aqrar potensialın reallaşması məqsədlərindən irəli gəlir.
Açar sözlər: elmtutumlu texnologiyalar, insan kapitalı, süni intellekt, aqrar sahə, islahatlar, rəqabət, innovasiyalar, dayanıqlı inkişaf, iqtisadiyyat