Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Günel Ədalət qızı Allahverdiyeva
Azərbaycan Dövlət Pedaqoji Universiteti

DAUN SİNDROMLU UŞAQLAR VƏ ONLARIN PEDAQOJİ-PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ

Açar sözlər: əqli gerilik, stereotip, xromosom, həssaslıq, tonus
Key words: mental retardation, stereotype, chromosome, sensitivity, tonus
Ключевые слова: интеллектуальное отставание, стереотипный, хромосома, чувствительностьтон 

Daun sindromu əqli gerilik diaqnozu ilə assosiasiya olunan və xromosomların miqdar və quruluşundakı pozuntulardan asılı olan əlillikdir.
Daun sindromu elmə 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu "monqolizm" adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin "monqolizm" adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə "Daun sindromu" adını alıb. Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar uzun yastılaşmış fonunda bir qədər üzə çıxır, gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. "Monqolizm" adı da bu səbəbdən işlədilib.




Baxış: 2195