Arxiv
ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007
Kamil Səyavuş oğlu Dəmirli
Azərbaycan Turizm və Menecment Universiteti

MÜASİR ŞƏRAİTDƏ AZƏRBAYCANIN VALYUTA SİYASƏTİNİN 
TƏKMİLLƏŞDİRİLMƏSİ VƏZİFƏLƏRİ VƏ İSTİQAMƏTLƏRİ

Açar sözlər: valyuta siyasəti, əmtəə ticarəti, valyuta ehtiyatları, tədiyə balansı, neft-qaz, saldo, nəqliyyat, tranzit xidmət, beynəlxalq, kapital, perspektivlik  
Key words: monetary policy, commodity trade foreign exchange reserves, balance of payments, oil and gas, balance, transportation, transit service, international, capital, perspective  
Ключевые слова: денежно-кредитная политика, товарная торговля, валютные резервы, платежный баланс, нефти и газа, баланс, транспорт, транзитный сервис, международный, капитал, перспектива 

Bazar iqtisadiyyatının tənzimlənməsi sistemində valyuta siyasəti mühüm yer tutur. Valyuta siyasəti ümumdünya təsərrüfat əlaqələri sistemində iqtisadiyyatın daxili və xarici dinamik müvazinətini təmin etmək, beynəlxalq ödəmələri müəyyən bir sistem daxilində yerinə yetirmək və xarici ödaniş balansını tənzimləmək məqsədilə ölkənin cari və strateji məqsədlərinə uyğun olaraq hökümətin həyata keçirdiyi tədbirlərin məcmusudur. Valyuta siyasəti hüquqi cəhətdən valyuta qanunvericiliyinə,yəni ölkədə və onun sərhədləri xaricində valyuta dəyərləri ilə əməliyyatlar aparılması qaydalarını tənzimləyən hüquqi normalar toplusu, habelə valyuta normaları üzrə dövlətlər arasında ikitərəfli və çoxtərəfli müqavilələri rəsmiləşdirilir.
Milli valyuta sistemi – milli qanunvericiliklə müəyyan edilən ayrı-ayrı ölkələrin valyuta münasibətlərinin təşkili formasını ifadə edir. Milli valyuta sistemlərinin asasını dövlətin qanunla müayyən etdiyi milli valyuta taşkil edir. Milli pul beynəlxalq iqtisadi münasibətlərdə istifadə edildikdə valyuta olur.





Baxış: 1080