Arxiv
ELMİ İŞ - 2026 ELMİ İŞ - 2025 Elmi iş - 2024 Elmi iş - 2023 Elmi iş - 2022 Elmi iş - 2021 Elmi iş - 2020 Elmi iş - 2019 Elmi iş - 2018 Elmi iş - 2017 Elmi iş - 2016 Elmi iş - 2015 Elmi iş - 2014 Elmi iş - 2013 Elmi iş - 2012 Elmi iş - 2011 Elmi iş - 2010 Elmi iş - 2009 Elmi iş - 2008 Elmi iş - 2007

DOI: https://doi.org/10.36719/2663-4619/126/15-27

Elmira Axundova

Bakı, Azərbaycan

sənətşünaslıq üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0007-8661-567X

 elmira_akhundova@yahoo.com.tr

 

Əndəlüs Əməvi Dövlətində Şərq-Qərb mədəniyyətinin

vəhdəti və cəmiyyət dəyərləri

 

Xülasə

 

Ərəb fəthləri və İslamın yayılması nəticəsində müsəlmanlar müxtəlif mədəniyyətlərlə qarşılaşaraq elmi və iqtisadi inkişafı təşviq etdilər, xüsusən də Əndəlüs dövrü bu irəliləyişə mühüm töhfələr verdi. III Əbdürrəhman və II Hakim dövründə Əndəlüs Əməviləri dövləti İslam və Qərb mədəniyyətlərini birləşdirərək elmi inkişafın zirvəsinə çatdı. Məktəblər və kitabxanalar, xüsusilə Qurtuba (Cordoba), Ğarnata (Qranada) və İşbiliya (Sevilla) şəhərlərində təşəkkül etmiş memarlıq və sənət nümunələri, elm və təhsil mərkəzləri əhəmiyyətli rol oynadılar. Bu dövrdə tərcümə fəaliyyəti Qərbdə Renessansın başlanğıcını qoyaraq Şərq və Qərb elmlərini birləşdirdi.

İbn Baccə və İbn Rüşd kimi filosoflar fəlsəfi düşüncəyə yeni yanaşmalar gətirərək həm İslam dünyasına, həm də Qərbə böyük təsir etdilər. İbn Rüşdün Aristotel təfsiri və fəlsəfə ilə dini birləşdirən yanaşmaları Qərb fəlsəfəsində mühüm yer tutdu. Eyni zamanda Ziryab musiqi sahəsində yeniliklər edərək Əndəlüs mədəniyyətini zənginləşdirdi və musiqi tədrisini təşkil edərək Avropaya böyük təsir göstərdi.

İbn Xaldun isə tarix fəlsəfəsinə dair orijinal yanaşmalar gətirərək cəmiyyətlərin inkişafını və sosial əlaqələrini izah etdi, “asabiyyə” anlayışını irəli sürərək cəmiyyətlərin gücünü sosial bağlılıqla əlaqələndirdi. Onun Müqəddimə əsəri tarix və sosial elmlər üçün əhəmiyyətli bir təməl oldu. Bu böyük mütəfəkkirlər həm İslam dünyasında, həm də dünya tarixində dərin izlər buraxmış və mədəniyyətlərin qarşılıqlı təsirinə zəmin yaratmışdır.

Açar sözlər: Əndəlüs Əməvi Dövləti, Şərq və Qərb fəlsəfəsi, İbn Rüşd, İbn Baccə, Ziryab, İbn Xaldun

 


Baxış: 4