Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/51/51-56

Nigar Qurbanzadə

Azərbaycan Texniki Universiteti

https://orcid.org/0009-0007-2061-7197

nigar.gurbanzade@aztu.edu.az

 

Ənənəvi və müasir marketinq yanaşmalarının müqayisəsi: təhsil üçün uyğunlaşdırılan modellər

 

Xülasə

Müasir rəqabətli mühitdə təhsil müəssisələri tələbələri cəlb etmək məqsədilə marketinq strategiyalarından getdikcə daha çox istifadə edirlər. Əsasən istehlak malları üçün nəzərdə tutulmuş ənənəvi 4P modeli (Məhsul, Qiymət, Məkan, Təbliğat) xidmət yönümlü sahələr, xüsusilə təhsil üçün məhdud tətbiq imkanlarına malikdir. Bu məqalədə xidmət sahələri üçün nəzərdə tutulmuş və “İnsanlar”, “Proses” və “Fiziki sübutlar” kimi əlavə elementləri əhatə edən daha geniş 7P modelinə keçid təhlil edilir. Bundan əlavə, məqalədə təhsil sahəsinin spesifik xüsusiyyətlərinə uyğun olaraq 7P modeli əsasında genişləndirilmiş marketinq modeli təqdim edilir. Bu modelə dörd əlavə istiqamət – mövqeləndirmə, tərəfdaşlıqlar, fərdiləşdirmə və icra göstəriciləri daxil edilmişdir. Məqalədə bu komponentlərin hər biri təhsil sahəsində təhlil edilərək göstərilir ki, təhsil müəssisələri bu strategiyalarla rəqabət üstünlüyü qazana, xidmət keyfiyyətini artıra və tələbə ehtiyaclarını daha effektiv şəkildə ödəyə bilərlər.

Açar sözlər: təhsil marketinqi, 4P modeli, 7P modeli, xidmət marketinqi, mövqeləndirmə, fərdiləşdirmə, tərəfdaşlıqlar, icra göstəriciləri, tələbə məmnuniyyəti, ali təhsil strategiyası


Baxış: 364