Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/46/221-229

Oqtay Nağıyev

Bakı Dövlət Universiteti

magistrant

https://orcid.org/0009-0007-7215-4542

naghiyevoktay@gmail.com

 

Ənənəvi və rəqəmsal marketinq müqayisəli təhlil

 

Xülasə

 

İllər boyu marketinq fəaliyyəti müştərilərə xidmət və xidmətin daha effektiv həyata keçirilməsi üsulu kimi yadda qalmaqdadır. Lakin, məhsul çeşidi dəyişir, strategiyalar isə dəyişilməz qalır. Müasir dövrümüzdə rəqəmsal marketinq bəzən də elektron marketinq kimi tanınır. Burada məqsəd satış həcmini artırmaq, yeni-yeni müştərilər əldə etmək və ticarət markasını ön plana çıxarmaqdır. Bunların hər birini həyata keçirdiyimiz zaman ən əsas məqsəd xərclərin minimumlaşdırılmasıdır. İnternet vasitəsilə məhsul və ya xidmətlərin satışının aparılması ilə bağlı marketinq fəaliyyətinin vasitələrinə aiddir: sosial medialar tərəfindən aparılan marketinq, kataloq siyahısı və ən başlıcası müəyyən növ hədəflənmiş onlayn promosyonlar. Ənənəvi marketinq müəyyən növ nəticələri əldə etmək üçün həm vaxt, həm də büdcə tələb edən marketinq metodudur. Ənənəvi marketinqin müxtəlif üsulları bunlardır: qəzet, radio, televiziya, jurnal reklamları və s. Texnologiyalar müasir dövrümüzdə bütün sahələrdə inqilab gətirdi. Rəqəmsal marketinqin sürətli inkişafı internet və sosial media saytlarında özünü daha qabarıq şəkildə göstərir. Rəqəmsal marketinqlə rəqəmsal sahədə müxtəlif cür reklamları, ənənəvi marketinqlə isə təşkilatın ticarət markasını təqdim edə bilərik.

Açar sözlər: marketinq, rəqəmsal, ənənəvi, xidmətlər


Baxış: 74