DOI: https://doi.org/10.36719/2663-4619/115/132-135
Xalid Həşimov
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
magistrant
UOT: 791.43
https://orcid.org/0009-0002-8475-5357
khaleedhashimov@gmail.com
Əqrəb mövsümü: janr, mövzu və populyarlıq kontekstində analiz
Xülasə
Bu məqalə müstəqil Azərbaycanın kino sənayesinin inkişafını və "Əqrəb mövsümü" mini serialının bu kontekstdəki rolunu araşdırır. Müstəqillik dövründə kino sənayesi yeni nəsil rejissorların və ssenaristlərin yaratdığı fərqli yanaşmalarla inkişaf edib. Bu inkişafda xüsusilə "Əqrəb mövsümü" serialının uğuru önə çıxır. Məqalədə serialın cəmiyyətin ailə və sosial məsələlərinə dair təqdim etdiyi dərin təhlillər və insan münasibətlərinə fərqli baxış bucağının əhəmiyyəti vurğulanır. Rejissor Emil Quliyev kriminal hadisələri sadəcə cinayət kimi yox, sosial problemlərlə bağlı olaraq izah edir. Serial həm də hüquqi maarifləndirmə funksiyasını yerinə yetirərək gəncləri cinayətkarlıqdan çəkindirməkdə mühüm rol oynayır. Serialın sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olması onun cəmiyyətə olan güclü təsirini göstərir.
Açar sözlər: “Əqrəb mövsümü”, Emil Quliyev, televiziya serialı, semiotik analiz