Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI:  https://doi.org/10.36719/2706-6185/47/256-259

Xalid Həşimov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

magistrant

UOT: 791.43

https://orcid.org/0009-0002-8475-5357

khaleedhashimov@gmail.com

 

“Əqrəb mövsümü” teleserialının janr və xüsusiyyətləri

 

Xülasə

 

Bu məqalədə “Əqrəb mövsümü” bədii serialının janr xüsusiyyətləri və dramaturji quruluşunun təhlili aparılmışdır. Serialda proloq və epiloq daxil olmaqla, klassik üfüqi struktur formalarından istifadə olunur. “Əqrəb mövsümü” serialı bütün bu struktur və bədii elementləri keyfiyyətli şəkildə tətbiq edir. Serialın hər epizodu hadisələri xatırladan rekaplarla başlayır, dramatik klifhengerlərlə bitir və müxtəlif sosial qruplardan olan personajların taleləri qurulmuş mürəkkəb süjet planı ilə düzəldir. Eyni zamanda, serial və kollektiv dramları bir araya gətirərək tamaşaçının həm fərdi, həm də ictimai inkişafı düşündürür.

Rejissor Emil Quliyevin çəkdiyi bu serial yayımlandığı gündən etibarən geniş tamaşaçı kütləsinin rəğbətini qazanmışdır. Serialın süjet xətti güc və nüfuz sahibi olan Amanovlar ailəsinin həyatında baş verən hadisələri əks etdirir. Əsas qəhrəmanlar Azər Aydəmir və Hikmət Rəhimovun canlandırdığı müstəntiq obrazları süjetin mərkəzi fiqurlarını təşkil edir. Serialın detektiv janrında olması tamaşaçı marağını xüsusilə artırmışdır. İctimai televiziya tərəfindən yayımlanan “Əqrəb mövsümü” son illərin ən uğurlu ekran əsərlərindən biri kimi dəyərləndirilir.

Açar sözlər: janr, üfüqi seriallar, obraz, ellips, rekap, klifhenger


Baxış: 62