DOI: https://doi.org/10.36719/2789-6919/53/58-62
Nərmin Muradova
Azərbaycan Dillər Universiteti
https://orcid.org/0009-004-5853-3157
narminaydin@gmail.com
Ərəb ədəbiyyatının inkişaf mərhələləri
Xülasə
Bildiyimiz kimi, Şərq ədəbiyyatı hər zaman insanların, xüsusilə də Qərb insanının maraq dairəsini əhatə edibdir. Hind, fars, çin və ərəb ədəbiyyatı özünə məxsus mövzuları, ədəbi janrları ilə diqqət çəkməyi bacarıb. Bu maraq XIX əsrdə Napoleonun Misirə yürüşündən sonra daha da çoxalır və geniş vüsət tapır. Artıq Qərb ədəbiyyatının bir çox nümunələrində sirlərlə əhatələnmiş, zəngin bir Şərq insanı görmək mümkün olur.
Bəs Şərq ədəbiyyatı öz inkişaf mərhələsində hansı etaplardan keçib, hansı təsirlərə məruz qalıb? “Ərəb ədəbiyyatının inkişaf tarixi” adlı elmi tədqiqat işi xüsusi olaraq ərəb ədəbiyyatının tarixini araşdırmağı qarşısına məqsəd qoyaraq eyni zamanda ərəb regionunu öyrənən tələbələr üçün köməkçi vasitə olmağı nəzərdə tutur. Tədqiqat işi ərəb ədəbiyyatının inkişaf tarixini əhatə etməklə “ədəb” konsepsiyasının rolunu araşdırır. Eyni zamanda, ərəb ədəbiyyatının mərhələlərini, şifahi xalq sənətinin, poeziyanın, nəsrin fərqli zamanlarda fərqli təsirlər altında necə dəyişdiyini, hansı yenilikləri gətirdiyini də müəyyən etməyə çalışır.
Məqalə dövrünün görkəmli ədiblərinin yaradıcılığına səthi toxunmaqla onlar haqda ümumi məlumat verir, onların əsərlərində yer almış aktual məsələləri üzə çıxardır. İslamaqədərki dövrün niyə “Cahiliyə” adlanması, qəbilələr arası şairin mövqeyi və vəzifəsi, İslamın gətirdiyi yeni motivlər və qadağalar, Abbasilər dövründə hökm sürən islahatlar, novatorluq ideyaları, şüubilərin özləri ilə gətirdiyi yeni şeir forması, Durğunluq dövrünü yaradan tarixi-siyasi vəziyyət, XIX əsrdə başla-nan İntibah ideyaları, Avropa təhsili almış ərəb gənclərin siyasətə və mədəniyyətə göstərdiyi təsir və nəhayət, Çağdaş dövrdə ərəb ədəbiyyatının vəziyyəti. Bütün bu məsələlər “Ərəb ədəbiyyatının inkişaf mərhələləri” adlı tədqiqat işində araşdırılır.
Açar sözlər: ərəb ədəbiyyatı, “ədəb”, nəsr, nəzm, ədəbi mərhələlər, Quran, Əməvilər, Abbasilər, Əl-Əndəlüs ən-Nahda