Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

DOI: https://doi.org/10.36719/2706-6185/51/7-12

Elnarə Rəhimli

AMEA, Fəlsəfə və Sosiologiya İnstitutu

doktorant

https://orcid.org/0009-0001-4928-3326

h_elnara@yahoo.com

 

Etnodini münaqişələrin konseptual əsasları, mahiyyəti və təzahür formaları

 

Xülasə

 

Etnodini münaqişələr etnik və dini qruplar arasında yaranan gərginlik və qarşıdurmaları əks etdirir. Bu münaqişələrin yaranmasına səbəb, etnik və dini fərqliliklərlə yanaşı, həm də siyasi, sosial-iqtisadi problemlərdir. Bəzi dövlətlərdə etnodini münaqişələr dövlət quruluşunun zəifləməsi, sosial ədalətsizlik və resursların bərabər paylanmamasından qaynaqlanır. Qloballaşan və informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi müasir dünyada bu münaqişələr sürətlə yayılsa da beynəlxalq hüquq prinsiplərini rəhbər tutmaqla, insan hüquqlarının təmin edilməsi mexanizmlərini səmərəli həyata keçirməklə onların qarşısını almaq mümkündür. Eyni zamanda bu münaqişələrin həllində dialoq, mədəni tolerantlıq və inklüziv siyasətin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Bu məqalədə etnodini konfliktlərin müxtəlif kateqoriyaları və nəzəri əsasları, onlara təsir edən siyasi, tarixi, sosial və mədəni faktorlar hərtərəfli təhlil edilmişdir. Zorakı və qeyri-zorakı etnik-dini münaqişələrin əsas fərqləndirici xüsusiyyətlərinin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Bu cür münaqişələrin səbəbləri və təzahür formaları ilə bağlı elmi əsaslandırılmış izahatlar verilmişdir. Araşdırmalar göstərir ki, etnik və dini ziddiyyətlərlə yanaşı bu münaqişələrin müəyyənedici amilləri arasında sosial-iqtisadi bərabərsizlik, siyasi təmsilçiliyin olmaması, mədəni kimlik böhranı da var.

Açar sözlər: etnodini münaqişə, din, etnik kimlik, cəmiyyət, terrorizm, nəzəriyyə


Baxış: 411