Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/50/91-94

Ağasəlim Əliyev

Xəzər Universiteti

magistrant

https://orcid.org/0009-0003-8227-8259

mr.agha.aliyev@gmail.com

 

Ətraf mühitin tənzimlənməsi və onun Azərbaycanda iqtisadi rəqabət qabiliyyətinə təsiri

 

Xülasə

 

Məqalədə Azərbaycanda ekoloji tənzimləmələrin iqtisadi rəqabətqabiliyyətinə təsiri təhlil olunur. Qloballaşma və davamlı inkişaf çağırışları fonunda ətraf mühitin qorunması ilə bağlı qəbul edilən qanunvericilik və normativ aktların biznes mühitinə, investisiya cəlbediciliyinə və istehsal xərclərinə təsiri araşdırılır. Tədqiqatda ekoloji standartların tətbiqinin bir tərəfdən müəssisələrin əlavə xərclərini artırdığı, digər tərəfdən isə uzunmüddətli perspektivdə innovasiya, resurslardan səmərəli istifadə və ixrac imkanlarını genişləndirdiyi göstərilir. Azərbaycanın iqtisadi inkişaf strategiyasında yaşıl iqtisadiyyat konsepsiyasına uyğun olaraq, ekoloji tənzimləmələrin beynəlxalq rəqabət qabiliyyətini yüksəldən əsas amillərdən biri olduğu qeyd olunur. Nəticələr göstərir ki, düzgün balanslaşdırılmış ekoloji siyasət iqtisadi artım və rəqabət mühitinə mənfi təsir göstərmədən davamlı inkişafı stimullaşdıra bilər.

Açar sözlər: ekoloji tənzimləmə, iqtisadi rəqabətqabiliyyət, Azərbaycan, davamlı inkişaf, yaşıl iqtisadiyyat, ekoloji siyasət, innovasiya


Baxış: 133