Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/216-219

Leyla Salmanova

Azərbaycan Tibb Universiteti

magistrant

https://orcid.org/0009-0001-7770-5012

lsalmanova01@gmail.com

 

Farmakonəzarət sisteminin tarixi və Azərbaycanda onun inkişafı

 

Xülasə

 

Dərman vasitələrinin arzuolunmaz təsirlərindən insanların qorunması hər bir ölkənin, o cümlədən Azərbaycan Respublikasının səhiyyəsinin inkişafında əvəzolunmaz şərtdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə dərmanların əlavə təsirləri dünyanın bir çox ölkələrində ölümə səbəb olan ilk onluğa daxildir.

Qeyd etmək lazımdır ki, dərmanların istifadəsi xəstəyə gözlənilən fayda ilə müqayisə olunmayan zərər verə biləcəyi fikri dərhal düşünülməyib. Ötən əsrin ortalarında (1957-1961) baş verən “Talidomid faciəsi” hər kəsi şoka saldı. Talidomid tibbi ictimaiyyətin dərman təhlükəsizliyi monitorinqi anlayışını dəyişdirdi və ÜST-nın himayəsi altında Vahid Beynəlxaq Təhlükəsizlik Monitorinqi Sisteminin yaradılması üçün başlanğıc nöqtəsi oldu. Hal-hazırda dərman vasitələrinin təhlükəsizliyi, farmakoterapiyadan sonra ağırlaşmaların yaranması tibdə, həmçinin də əczaçılıqda  qlobal və aktual bir problemdir.

Açar sözlər: farmakonəzarət, dərman vasitələri, səhiyyə, tibb, əczaçılıq


Baxış: 54