Arxiv
QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/45/43-52

Büşra Öztaşyonar

Kırıkkale Universiteti

magistrant

https://orcid.org/0009-0007-9121-204X

bsraoztsynr@gmail.com

Recep Çinkılıç

Kırıkkale Universiteti

https://orcid.org/0000-0003-3530-4293

recep02013@gmail.com 

 

Fevvaz Haddadın “Məşhəd Abir” (Qısa bir səhnə) adlı

əsəri üzərinə bir incələmə

 

Xülasə

Suriyada romanın meydana gəlməsi Napaleonun Misiri işğal etməsi ilə başlayan və Qərb mədəniyyətində baş verən yeniliklərlə tanışlıq nəticəsində mümkün olmuşdur. Sonrakı dövrdə Misir, Livan və Əlcəzair ədəbiyyatlarında fransız təsiri artmış və Qərbdə təhsil almış ziyalılar tərcümə və iqtibaslarla roman janrını bu bölgələrə gətirmişlər. Misirli yazıçıların əsərlərindən ilham alan suriyalı yazıçılar xüsusilə romantizm cərəyanından təsirlənmişlər. Suriya romanının inkişafına nəzər saldıqda əvvəlcə romantizm, sonra realizm və ekzistensializm cərəyanlarının işlənildiyi və “sənət cəmiyyət üçündür” anlayışının hakim olduğu müşahidə olunur. Bu araşdırmada əvvəlcə roman sənətinin Suriya ədəbiyyatına girişi və inkişaf mərhələləri haqqında qısa məlumat verilmiş, daha sonra 1947-ci ildə anadan olmuş suriyalı yazıçı Fevvaz Haddadın 2007-ci ildə nəşr edilmiş Meşhed ʿÂbir (Qısa Bir Səhnə) adlı əsəri təhlil edilmişdir. Əsər nəql edən şəxs və baxış bucağı, hadisə xətti, obrazlar, zaman və məkan, dil və üslub, fikir və tezis, təsvir üsulları kimi meyarlar baxımından araşdırılmışdır. Şam Universitetinin Hüquq fakültəsini bitirdikdən sonra ədəbiyyatla məşğul olmağa başlayan Fevvaz Haddad 1991-ci ildə ilk romanını nəşr etdirmişdir. Yazıçı əsərlərində sosial gerçəkçiliyi və dilin gücünü vurğulamış, realist baxış bucağı ilə sosial tənqidi əks etdirən mühüm əsərlər qələmə almışdır. Müasir dövr yazıçılarından biri olan Fevvaz Haddad bu əsərində Suriyanın ictimai quruluşunu rüşvət, korrupsiya və ədalətsizlik kimi mövzular üzərindən tənqidi yanaşma ilə işləmişdir. Yazıçının bu romanda cəmiyyətin daxili çürüməsini və fərdlərin bu strukturla mübarizəsini dərinliklə təsvir etdiyi, dəyərləri uğrunda mübarizə aparanların gec-tez məqsədlərinə çatdığı qənaətinə gəlinmişdir.

Açar sözlər: Suriya, Roman, Fevvaz Haddad, Realizm


Baxış: 123