Arxiv
QƏDİM DİYAR 2026 QƏDİM DİYAR 2025 QƏDİM DİYAR 2024 QƏDİM DİYAR 2023 QƏDİM DİYAR 2022 QƏDİM DİYAR 2021 QƏDİM DİYAR 2020 QƏDİM DİYAR 2019

https://doi.org/10.36719/2706-6185/43/19-28

Xəqani İsmayılov

 Naxçıvan Dövlət Universiteti

pedaqogika üzrə fəlsəfə doktoru

https://orcid.org/0009-0002-9645-5626

ismayılov.xaqani@ndu.edu.az

 

Fiziki keyfiyyətlərin formalaşmasında fiziki tərbiyənin rolu

 

Xülasə

Məqalədə göstərildiyi kimi, hazırda bir çox məktəblilərin fiziki tərbiyə sahəsində fəallığı yüksək deyildir. Fiziki əməklə, idmanla şagirdlərin heç də hamısı məşğul olmur. Uşaq və yeniyetmələrdə xarici görkəmin dəyişməsi müşahidə edilir, görmə qabiliyyəti zəifləyir, ürək-damar və əsəb sistemi zəifləyir. Nəticədə, uşağın sağlamlığı normal səviyyədə olmur.

Diqqət çəkən məqamlardan biri də uşaqların üzərində pedaqoji və tibbi müşahidə materiallarının toplanması və sistemləşdirilməsi vacibliyidir. Deməli, müasir şəraitdə bədən tərbiyəsi dərsində şagirdlərin fiziki tərbiyəsi üzrə ümumi məqsədləri starteji təhsil vəzifələrinin şəklində yönəltmək lazımdır. Bir sözlə, belə bir qənaətə gəlmək olar ki, bədən tərbiyəsi və idmana verilən qiymət hər bir dövrdə hər bir dövləti maraqlandırmış, onun əsas müddəalarını təşkil etmişdir. Bədən tərbiyəsi ümumbəşəri mədəniyyətin tərkib hissəsidir. Onun başlıca məqsədi ümumilikdə əhalinin sağ­lamlığını qoruyub təkmilləşdirməkdir.

Açar sözlər: fiziki tərbiyə, fiziki təhsil, idman oyunları, pedaqoji proses


Baxış: 663