Arxiv
ELMİ TƏDQİQAT - 2025 ELMİ TƏDQİQAT 2024 ELMİ TƏDQİQAT 2023 ELMİ TƏDQİQAT 2022 ELMİ TƏDQİQAT 2021

DOI:  https://doi.org/10.36719/2789-6919/45/122-126

Rüfət Qədimov

Azərbaycan İdman Akademiyası

https://orcid.org/0009-0003-1279-2092

rufatqedim@gmail.com

 

Fiziki tərbiyənin sağlam həyat tərzinin inkişafına təsiri:

elmi-təcrübi yanaşma

 

Xülasə

 

Müasir dövrdə əhalinin sağlam həyat tərzinin formalaşdırılması sosial və ictimai prioritetlər sırasında xüsusi yer tutur. Bu istiqamətdə fiziki tərbiyə mühüm rol oynayır, çünki o yalnız bədən sağlamlığının qorunması deyil, eyni zamanda psixoloji və sosial rifahın təmin olunmasında da təsirlidir. Təqdim olunan elmi-təcrübi araşdırmada fiziki tərbiyənin sağlam həyat tərzinin formalaşmasına olan təsiri müxtəlif aspektlərdən təhlil olunur. Araşdırmanın əsas məqsədi fiziki tərbiyə vasitəsilə fərdlərdə sağlam vərdişlərin aşılanması və bu prosesin effektivliyinin qiymətləndirilməsidir.

Tədqiqat zamanı məktəb və ali təhsil müəssisələrində aparılan praktiki müşahidələr və sorğular əsasında fiziki tərbiyənin fərdlərin həyat tərzinə olan real təsirləri öyrənilmişdir. Nəticələr göstərir ki, müntəzəm fiziki fəaliyyətlə məşğul olan şəxslərdə stress səviyyəsi aşağı olur, immun sistemləri daha güclü olur və sosial adaptasiya qabiliyyəti yüksək səviyyədə inkişaf edir. Eləcə də, fiziki tərbiyənin uşaqlarda və gənclərdə məsuliyyət hissinin, əməksevərlik vərdişlərinin və intizamlı davranışın formalaşmasına müsbət təsiri olduğu müəyyən edilmişdir.

Araşdırma həmçinin fiziki tərbiyənin təkcə idman fəaliyyəti kimi deyil, daha geniş mənada – həyat tərzinin ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməsinin vacibliyini vurğulayır. Elmi-təcrübi nəticələr göstərir ki, fiziki tərbiyə mədəniyyətinin cəmiyyətə sistemli şəkildə aşılanması uzunmüddətli sağlamlıq strategiyalarının mühüm komponentidir.

Açar sözlər: fiziki tərbiyə, sağlam həyat tərzi, məktəb, rejim qaydaları, gigiyenik qaydalar, qidalanma

 


Baxış: 54