DOI: https://doi.org/10.36719/2706-6185/49/100-102
Şəhanə Əsgərova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
https://orcid.org/0000-0003-0890-0065
shahanaasgarova@gmail.com
Fransız dilində idiomlar və onların semantik xüsusiyyətləri
Xülasə
Məqalədə fransız dilinin lüğət tərkibinin zənginləşməsində mühüm rol oynayan idiomatik ifadələrin semantik xüsusiyyətləri araşdırılmışdır. İdiomlar həqiqi mənalarını itirmiş sabit ifadələrdir və frazeoloji birləşmələrin tərkibinə daxildir. İdiomlar dili zənginləşdirir və fikrin daha təsirli ifadəsinə xidmət edir. Müxtəlif hadisələrlə bağlı yaranmış idiomlar ilk yarandığı vaxtlar həqiqi məna ifadə etmiş, lakin zaman keçdikcə dildə sabitləşmiş və məcazi mənada işlənmişdir. Bir sıra söz qrupları vardır ki, onlar məcazlaşmağa daha çox meyl etmiş və nəticədə çoxlu idiomlar yaranmışdır. Fransız dilində heyvan və quş adlarının, insan bədən üzvləri adlarının, qida adlarının, rənglərin məcazlaşması ilə yaranmış idiomatik ifadələr üstünlük təşkil edir. Idioms reflect the worldview and everyday life of each nation. There are idiomatic expressions related to certain historical events and legends.
Açar sözlər: idiom, frazeoloji birləşmə, məcazi məna, semantik xüsusiyyət, tərcümə